"Nizami Gəncəvi bütün dünya ədəbiyyatının varisidir" FOTO

"Belə bir filosof şairi yaşatmaq bir xalq, dövlət üçün böyük bir zənginlikdir. Əlbəttə ki, Nizami Gəncəvi yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının varisidir".
Sozcu.info bildirir ki, bu sözləri Fransa Universitetinin direktor müavini Conatan Hakan Unlu Nizami Gəncəvi Beynəlxalq Forumunda dahi şairin 880 illik yubileyi münasibətilə fransız dilində nəşr olunmuş “Nizami Gəncəvinin Qəzəlləri və Kəlamları” adlı kitabın təqdimatında bildirib.
O qeyd edib ki, Nizami Gəncəvinin yaradıcılığının bütün dünya şairlərinə təsiri olub:

"Ədəbiyyat bir xalqın dilini, onun mədəniyyətini, inkişafını öyərənməyə, araşdırmağa imkan verir. Bu səbəbdən də Nizami Gəncəvi doğumundan 880 il sonra da anılır. Fransada bir neçə dəfə Nizami Gəncəvinin kitabları tərcümə olunub.

Biz fransızların yeni təqdim olunan “Nizami Gəncəvinin Qəzəlləri və Kəlamları” kitabı sayəsində Nizami Gəncəvini daha çox qiymətləndirməyə, araşdırmağa imkanımız olacaq".


Oxşar Xəbərlər

Xəbər lenti