Bakıda məşhur hospitalın sahibini necə aldatdılar? - PULU BATDI...

Bakıda yerləşən məşhur hospitalın rəhbərinə qarşı dələduzluq edilib.
Sozcu.info lent.az-a istinadla xəbər verir ki, Bakının Binəqədi rayonunda yerləşən “İstanbul Hospital”ın sahibi Əziz Quliyev klinikaya yeni diaqnostika aparatı alınması üçün bir nəfərə pul verib.
Lakin həmin şəxs Ə.Quliyevi aldadaraq, vədinə xilaf çıxıb.
Zərəçəkmiş bununla bağlı polisə müraciət edib. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində klinika sahibindən pul alıb yoxa çıxan müəyyən edilərək saxlanılıb.


Oxşar Xəbərlər

Xəbər lenti