26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulanbu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyəqəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixinsınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıbqalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətəninigid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirməkbahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindəndönməyən əsgərlərimiz var. Əsl ləyaqətli, qəhrəman əsgər isətəkcə ordu sıralarında, komandirlər, xüsusi təlimatçılar vənizamnamə vasitəsilə hazırlanmır. Bəzən qəhrəmanlar fitrətənanadan qəhrəman doğulur. Amma çox hallarda qəhrəmanı onunailəsi, cəmiyyət və zaman yetişdirir. Yetkin adam üçün qəhrəmanlıqəvvəlcə onun düşüncəsində yaranır, həyat amalına çevrilir, varlığına hakim kəsilir.
Vətənin müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyidaim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdəAzərbaycan Ordusu zəngin maddi-texniki bazaya, ən yeni silahlaramalikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanıngücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüşmaşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərinyoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır biziyenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahıvətənpərvərliyi, Vətən sevgisidir!
Bəli, 44 günlük Vətən müharibəsi Azərbaycanın güclü orduya malik olduğunu bir daha bütün dünyaya sübut etdi .Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: "Qılınc həmin qılıncdır, qol o qol deyil". Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Torpaqlarımıza keşik çəkən buoğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamlaqorunur. Onların hər kəlməsində Vətən var, Qələbə var.Mövqelərimiz inamla qorunur. Atəşkəsi tez-tez pozan düşmənilayiqincə susdururlar. Əsgərlərin hər biri uğurla xidmət edir, veriləntapşırıqları vaxtında yerinə yetirir, düşmən qarşısında dağ kimidayanırlar. Xalqımız firavan yaşasın, evlərimizdən toy-bayramsəsləri eşidilsin deyə, düşmənə sinələrini sipər edirlər. Budur, Azərbaycan əsgəri!
Ali Baş Komandan İlham Əliyev: "Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb". Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.Azərbaycanda nizami ordu quruculuğu prosesinin ilk addımları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq- düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir. Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli AzərbaycanOrdusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasirhərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. Müzəffər Ali BaşKomandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasirsilahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinindayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısınınçıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusununqəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyanitəsdiqidir: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdəttəşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, buqələbəni qazanan bizim texniki vasitələr yox, əsgər vəzabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə buqələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycanzabitidir və hər kəs bunu bilməlidir".Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin3000-dən çox hərbi qulluqçusu şəhid oldu. Şəhidlərimizin vəqazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksəkqiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı iləşəhidlərimizin xatirəsinə "Anım Günü" elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Xalq da şəhidlərlə, qazilərlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs xüsusi rəğbət bəsləyir.
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Adışirinova