İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır

Son illər Azərbaycanın iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Respublikamızın Prezidenti cənab İlham Əliyev bacarıqlı siyasətçi kimi həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində dövlətimiz bir çox dünya ölkələri ilə iqtisadi əməkdaşlığa imza atmışdır.  Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. O qeyd edib ki, 30 il ərzində davam edən siyasi münasibətlər ölkələrimizin əməkdaşlığını möhkəmlətmişdir. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.
Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici  yerli investisiyalar lazımıncaqorunurÜmid edirik kiqeyri-enerji sektoruna daha çoxinvestisiyalar olacaqçünki ölkəmizə qoyulansərmayələrin əksəriyyəti neft  qaz sektorunayönəlmişdir. Bu da təbiidir  biz bunu anlayırıqLakinindi bizim şaxələnmə barədə düşünməkdüşünmək yoxhərəkət etmək vaxtıdır. Buna görə  qeyri-enerjisektorunainfrastrukturaxüsusilə nəqliyyatinfrastrukturunabərpaolunan enerji mənbələrinəyönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsindəazad iqtisadi zonanın açılmasının sonuncumərhələsindəyikÜmid edirik kiÇin şirkətləri bufürsətlərə diqqət yetirəcəkƏlbəttə kiŞərq  Qərbarasındaənənəvi İpək yolu coğrafiyasındayerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcəmüvafiq şəkildə siyasətimizi planlaşdıraraqstrukturlaşdırmalıyıq  xarici investorlar üçün həttabundan da yaxşı şərait yaratmalıyıqLakin biz investorları gəlməyə məcbur edə bilmərikCənab Prezident qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq.

Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik.
Beləliklə, Azərbaycan prezidenti ölkəmiz üçün çox uğurlu bir addımlar ataraq  bir daha böyük siyasətçi olduğunu dünyaya sübut etmişdir. Xalqımız Prezidentimizin bu uğurlu siyasətini dəstəkləyir və alqışlayır.
Sevinc Hacızadə
Suraxnı rayonu 79 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}