“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə Heydər Əliyevin tarixi təşəbbüsünün nəticəsidir

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir.Bunun nəticəsində həmin sessiyada
Azərbahcan Respublikasının dövlət müstəqilliyinibərpa etmək haqqında” Bəyannamə qəbul edildi.Həmin ilin oktyabr ayının 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”nı qəbul etdi.
Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra iqtisadiyyatın dirçəlişi strategiyası və demokratik inkişaf reallaşdı. Bütün insan hüquqları,mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabr ayında Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi.Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycan dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin-bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.Hər kəs mənsub olduğu dövlətin bayrağı ilə qürur duymalıdır. Çünki bayraq ucalıq, vətəndaşlıq qürurudur.Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbayacn Respublikasının Konstitusiya qaununda da deyildiyi kimi,Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublilasının dövlət rəmzidir.
Dövlətimizin qazandığı bütün uğurlar, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və müdrikliyi məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Ulu öndər Heydər Əliyevin dövlətçilik idealogiyasını uğurla və yüksək inkişaf xətti ilə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi genişşaxəli və məzmunlu siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qətiyyəti sayəsində ulu Öndərin yeni neft strategiyası, iri enerji layihələrinin uğurla reallaşması və işə düşməsi dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da qüvvətlənməsinə xidmət edir. Azərbaycanın müstəqil daxili və xarici siyasəti ölkəmizi təkcə regionda deyil, həmdə beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanıdır.
Güclü dövləti müstəqil siyasətin dövlətçiliyin əbədi təminatı hesab edən cənab İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışır. Azərbaycan xalqı qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə daha böyük nailiyyətlərə imza atacağına ürəkdən inanır.

Günel Rəhimova

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi


Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}