PREZİDENT İLHAM ƏLİYEV DÜŞƏNBƏDƏ MƏRKƏZİ ASİYA DÖVLƏT BAŞÇILARININ 5-Cİ MƏŞVƏRƏT GÖRÜŞÜNDƏ ÇIXIŞ ETDİ

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşü keçirildi.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak etdi.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı. Sonra birgə fotoşəkillər çəkdirildi. Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sardar Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış etdilər. Sonra çıxış üçün söz Dövlətimizin Başçısına verildi.
Prezident İlham Əliyev çıxış  zamanı ölkəmizin bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə danışdı. Dövlətimizin Başçısı ölkələrimiz arasında əməkdaṣlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılması yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinib olduğunu söylədi.
Nəqliyyat və logistika sahəsi Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya Ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. "Şərq-Qərb" marşurutu ilə yükdaşımalara artan tələbatı  təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmiryolu tərəfimizdən müasirləşdirilir. Ölkə Başçısının sözlərinə görə, daha böyük həcmdə tranzit yüklərinin cəlbi üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrûk prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir.
Ötən il Azərbaycanın Mərkəzi Asiya Ölkələri ilə tranzit dövriyyəsi 3 dəfədən çox, bu ilin yeddi ayı ərzində  50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti üç il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.

Qeyd edək ki, Mərkəzi Asiya Ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşlərinin keçirilməsi təşəbbüsünü 2017-ci ildə Özbəkistan Prezidenti Mirziyoyev irəli sürüb və ilk görüş Qazaxıstanda keçirilib. Beşinci görüş Tacikistanda baş tutdu. Azərbaycan Prezident İlham Əliyev ilk dəfə bu görüşə qatılır.

Seyid Seyidov

Suraxanı RİHB-nin Zığ QİƏD üzrə nümayəndəsinin müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti