Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Hər bir xalqın tarixində elə günlər var ki, o xalqın gələcək taleyində böyük rol oynayır. Azərbaycan xalqı üçün belə günlərdən biri 15 oktyabrdır. Tam 20 il bundan öncə 15 oktyabrda Azərbaycan səmasında batan bir günəşin ardından parlaq işıq saçan, bütün Azərbaycanı işıqlandıran bir günəş doğdu. O günəş ki, ata vəsiyyətini artıqlaması ilə yerinə yetirəcək, atasının qoyub getdiyi mirası göz bəbəyi kimi qoruyacaqdı.Ümumilli lider Heydər Əliyev 2003-cü il 1 oktyabrda xalqa müraciətində İlham Əliyevlə bağlı demişdir “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli,uzaqgörən liderimiz hələ o vaxtdan bugünkü Azərbaycanı görürdü. Elə buna görədə xalqı prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırdı.Liderinə qeyd-şərtsiz inanan xalq 2003-cu il 15 oktyabr seçkilərində 76,8% səslə İlham Əliyevi prezident seçdi.İlham Əliyev xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam” dedi və 20 ildir ki, bu sözünün arxasında durmağa davam edir.Xüsusi diqqəti Azərbaycan ordusunun yenidən qurulmasına yönəldən prezidentimiz qeyri-neft sektorunun inkişafına da böyük töhfələr verdi. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlandı. Bakı-Tiblisi-Ceyhan neft kəməri ilə Azərbaycan nefti dünya bazarına çıxarıldı. Asiyanı Avropa ilə birləşdirən Bakı-Tiblisi-Qars dəmir yolunun açılışı baş tutdu. Xalqın inamını doğruldan İlham Əliyev 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də xalqın dəstəyi ilə qələbə qazandı.Vəzifəyə başladığı ilk gündən bəri qarşısına qoyduğu əsas vəzifə atasının arzusunu həyata keçirib Azərbaycanın ərazi bütövlüyünü təmin etmək idi. Bunun üçün ən doğru anı gözlədi və o an nəhayət ki yetişdi.2020-ci il 27 sentyabrda döyüş əmri verildi və müzəffər Azərbaycan ordusu cəmi 44 günə 30 ildirki əsarətdə olan torpaqlarımızı düşmən tapdağından azad etdi.İlham Əliyev qələbədən sonrakı çıxışlarının birində belə qeyd etmişdi“Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.Bu misilsiz qələbədə Azərbaycan xalqının dəstəyi, bir yumruq kimi İlham Əliyevin ətrafında birləşməyi qazanılan qələbədə böyük rol oynadı.Xalq daima hər vəziyyətdə dövlət başçısına inamını, sədaqətini nümayiş etdirdi.Elə bu qarşılıqlı inam sayəsində bundan sonra da bu xalq İlham Əliyevin öndərliyi ilə yeni qələbələrə imza atacaq.Xatirə Piriyeva Bakı şəhəri Ə.Məmmədov adına 76 №-li li tam orta məktəbin Tarix müəllimi
Sozcu.info