YAP-ın yaranmasının 31 illiyidir - Sözümüzə bu partiyanın adı ilə başlayırıq

Keçən əsrin 80-90-cı illərində dünyanın alt bir hissəsində mövcud  olan nəhəng sosializm sistemi çökdü. SSRİ adlanan dövlətin yerində on beş yeni  dövlət yarandı. Amma təəssüf ki, bu gün dünyanın “postsovet” adlandırdığı məkanda bir xaoos yarandı. İqtisadi sistemdən tutmuş, bir vaxtlar  “qardaş” adlanan  dövlətlərin dövlət sərhədlərinə  qədər hər şeyə yeni baxış tələb olunurdu. Nə yazıqlar ki, ən ağrılı proseslər  bizim regionda baş verirdi. Yeniliyin yenilənməsinin zəruriliyini dərk edənlər bu qovğadan uğurla çıxacaqdılar. Bir sözlə sosial, iqtisadi, siyasi mədəni sahədə Azərbaycan  yenilənməli idi. Bu cəhətdən partiyanın adındakı “yeni” sözünün pariyaya yox  Azərbaycana aid etmək daha doğru olar yəni yeni Azərbaycanın partiyası. Haqqında danışdığımız dövürdə  Azərbaycan açıq dənizdə kapitansız qalmış gəmiyə  bənzəyirdi. Bu gəminin onu idarə edəcək ekipaja kəskin ehtiyacı var idi. Belə bir vəziyyəti ilk olaraq 91 nəfərdən ibarət ictimayi siyasi mədəni fikir daşıyıcısı olan ziyalılar gördü. Bu insanlar təkcə problemi yox, onun həll yolunuda düzgün olaraq müəyyənləşdirmişdilər. Bu əlbəttə ki, Ulu öndər Heydər Əliyev idi. 91 nəfər çox qısa bir zamanda 550  nəfər oldu.Ölkəmizin bütün regionlarını təşkil edən həmin 550 nəfər 21 noyabr 1992-ci ildə Naxçıvan Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi. Həmin konfransdaca YAP-ın nizamnamə və proqramı qəbul olundu. YAP-ın yaranması günü reallığı əks etdirən tələbi idi. Məhz buna görədə bu partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Təkcə bu faktı qeyd edək ki, YAP bu gün Cənubi Qafqazın ən böyük və ən nüfuzlu  partiyasıdır.
Bu gün  inamla demək olar ki, nə o 91 nəfər, nə o 550 nəfər nə də bütövlükdə Azərbaycan xalqı səhv etməmişdir. Ulu Öndərin rəhbərliyi ilə YAP son dərəcə çətin mürəkkəb bir vəziyyətdən çıxmaq üçün fəaliyyət proqramı yaratdı. Bu proqram  yeni Azərbaycanın yeni modeli oldu. O model ki, “iqtidar-xalq” modeli kimi xarakterizə olunur.
Hansı prizmadan baxırsansa bax, YAP-ın perspektiv planı güclü inkişaf etmiş Azərbaycandır. Xalqın Ulu Öndər kürsüsünün ləyaqətli davamçısı cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın artıq bir neçə cari planı yerinə yetirmişdir. Ölkəmizdə siyasi sabitlik təmin olunmuş,iqtisadi inkişaf yüksələn xətt üzrə getməkdədir.
Əsas isə ən böyük arzumuza çatmışıq qansız düşmən məğlub edilmiş, dövlətimizin bütün ərazisinə nəzatəti təmin olunmuşdur. İrəlidə isə bizi yeni-yeni uğurlargözləyir.

Xəyyam Nəbiyev

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti