27-09-2024, 11:44
19-09-2024, 00:17
19-09-2024, 00:12
18-09-2024, 21:22
15-09-2024, 11:28
Müstəqilliyimizi bərpa etdikdən sonra Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilk dəfə bötövlükdə Azərbaycan ərazisində keçiriləcək, işğaldan azad olunmuş torpaqlarımızda ilk seçki olacaq. Odur ki, bu seçki həm də, tarixi zəfər seçkisidir. Bu seçkilər ərazi bötövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçki, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bu il sentyabrın 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxaq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan 44 gündə reallığa çevirdi.Fevral seçkilərinin qürurverici anı ondan ibarətdir ki, 30 il bundan əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səs verəcəklər. Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən və digər işğaldan azad edilmiş rayonlarımızdan olan vətəndaşlarımız öz ata-baba yurdlarında siyasi iradəsini sərbəst şəkildə ifadə edə biləcək. Bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı İlham Əliyevə səs verib onu Prezident seçdi. İlham Əliyev bu 20 ildə Azərbaycanı dünyada sözükeçən dövlətə çevirdi. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Azərbaycan xalqı gələn il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək - sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. Xalqımız əlbəttə ki, yeni seçkilərdə “Qarabağ Azərbaycandır” şüarını həyata keçirən ölkə rəhbərinin yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
Ülkər Əsədova
Suraxanı Rayonu, 76 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info