12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Dövlətimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, prezident seçkiləri bütün ölkə ərazisini əhatə edəcək. Nəhayət, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azadedilmiş rayon və kəndlərimizdə yaradılmış seçkiməntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səsverəcək. Bu xalqımız üçün unudulmaz və şərəfli bir günolacaq. Hələ 2018-ci ildə keçirilən Prezident seçkiləri zamanıAzərbaycan Prezidenti bəyan etmişdi ki, qarşımızda duranən vacib, milli prioritet məsələ Azərbaycanın ərazibütövlüyünün təmin olunmasıdır. Çox keçmədi ki,Prezident öz sözünü tutdu və uğurlu siyasətin vəAzərbaycan oğullarının qəhrəmanlığı sayəsində 2020-ci ildə Vətən müharibəsində Azərbaycan öz ərazibütövlüyünü tamamilə bərpa etdi. Bu özü mühüm bir tarixihadisə idi. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpaolunmasından sonra qarşımızda duran mühüm milli məqsədlərdən biri də Azərbaycanın hər qarış ərazisindəonun suveren hüquqlarını bərpa etməkdən ibarət idi ki, üçil sonra - 2023-cü il sentyabr ayının 19-20 tarixlərindəhəyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanərazisinin hər qarışında özünün suveren hüquqlarını bərpaetməyi bacardı. Bu, özü-özlüyündə ayrıca bir tarixi hadisəidi. Bu baxımdan bu seçkilərin Zəfər seçkiləriadlandırılması onun əhəmiyyətini və məzmunu çox gözəlifadə edir.Şübhəsiz ki, xalqımız bu dəfə də Prezidentimizinyanında olacaq, 1998-ci ildə olduğu kimi gələn il fevralayında da öz doğru qərarını verəcək, o cümlədənQarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işlərinidəstəkləyəcək.
Qənirə Abdullazadə
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info