Müstəsna diqqət və qayğı

Hər bir xalqın inkişafında, maariflənməsində mətbuatın rolu danılmazdır. Hazırda respublikamızda çoxlu sayda müxtəlif  qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin  bir hissəsinə çevirib. 

Böyük və şərəfli bir inkişaf yolu keçən milli mətbuatımızın yaranmasından artıq 150 il ötür. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim  Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlamış  “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycan istimai-siyasi həyatının  mühüm hadisəsi kimi tarixə düşmüşdür. Cəmi 56 sayı işıq üzü görən bu qəzetdə o dövrün  görkəmli maarifçiləri öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi  və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra milli mətbuatımız  çoxsaylı nəşrlərlə zənginləşmişdir. İstər sovet dönəmində, istərsə də müstəqillik dövründə bu sahədə böyük irəliləyişlər olmuşdur. Mətbuatımız qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla xaıqımızın tarixi-milli xüsusiyyətlərini qoruyaraq inkişaf etmişdir.

Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri 1993-cü ildən yeni bir mərhələyə qədəm qoymuşdur. Bu sahəyə xüsusi diqqət və qayğı göstərilmiş, mətbuat azadlığı prinsipləri gözlənilmişdir. Azərbaycan Konstitusiyasında söz və mətbuat  azadlığının  təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan vermişdir. 

Bu sahədə olan inkişafa rəhbərliyin mətbuat işçiləri ilə keçirdiyi görüşlərin də təsiri az olmamışdır. Azərbaycan Prezidentlərinə təqdim olunan  “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının  mətbuata açıq olmasının, eləcə də bu sahənin inkişafına ayrılan yüksək diqqətin göstəricisidir. 

Prezident cənab İlham Əliyev demişdir: “Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və mətbuat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmaıdır”. Sözsüz ki, media nümayəndələri Azərbaycan tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmək üçün  qeyd edilənləri diqqət mərkəzində saxlayırlar. Çünki bütün dövrlərdə cəmiyyətin mətbuata böyük inamı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı və bu münasibətlə  yubiley medalının təsis edilməsi isə  dövlət səviyyəsində  media  işçilərinə olan inamın və  xüsusi qayğının təcəssümüdür.


Səadət Seyidova

Suraxanı rayonu, 290 nömrəli  tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat  müəl

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti