17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Sozcu.info bildirir ki, bu sözləri Ermənistanın yeni baş naziri Serj Sərkisyan "Şant” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, o, problemin həllinin gələcək nəslə saxlanılacağına dair fikirləri bölüşmür: "Danışıqlar prosesi davam etməlidir. Sizin soruşduğunuz "məsələnin həllinə başqa yanaşma” narahatlıq doğurur. "Başqa” nə deməkdir? Ermənistanda Qarabağı Azərbaycana verməyə razı olan adamlar ola bilər? Bu mənə o qədər də aydın deyil”.
Baş nazir deyib ki, sülhə aparan əsas yol güzəştlərdir: "Razılığa gəlmək üçünsə hər iki tərəfin fikirlərini nəzərə almaq lazımdır”.
Sərkisyan bildirib ki, sabitliyi saxlamaq üçün əsas vasitə orduda döyüş qabiliyyətini yüksəltməkdir: "Biz həmçinin müttəfiqlərimizlə olan əməkdaşlığımızı da inkişaf etdirməli, və dərinləşdirməliyik. Çünki onlardan çox şey asılıdır”.