Cənab İlham Əliyevin Zəfər Seçkisi və Xalqın Sarsılmaz Etimadı

Azərbaycanın müasir dövlətçilik tarixində 24 dekabr milli qürurun və intibahın memarı olan bir Liderin doğum günüdür. Dekabr ayının bu əlamətdar günündə Prezident cənab İlham Əliyevin fəaliyyətinə nəzər saldıqda, onun ölkəmizə qazandırdığı uğurların miqyası heyranlıq doğurur. Cənab Prezidentin rəhbərliyi dövründə Azərbaycanın qazandığı uğurlar o qədər çoxşaxəlidir ki, onları bir neçə istiqamətdə qruplaşdırmaq belə çətindir. İqtisadi müstəqillikdən enerji təhlükəsizliyinə, ordu quruculuğundan sosial rifaha qədər hər bir sahədə inqilabi dəyişikliklər baş verib. Lakin bu uğurlardan ən vacibi və strateji əhəmiyyət kəsbi edəni, şübhəsiz ki, xalqın mütləq etimadını demokratik seçkilərdə qazanmasıdır. Məhz bu etimad 2024-cü ilın 7 fevralında keçirilən seçkilərdə Azərbaycanın bütün ərazilərində, o cümlədən Xankəndidə baş tutmaqla, xalq-lider birliyinin ən ali zirvəsini nümayiş etdirdi.


Heydər Əliyev dühası Azərbaycanın xilası idisə, cənab İlham Əliyevin rəhbərliyi bu xilasın möhtəşəm Zəfərlə tamamlanmasıdır. Ulu Öndərin ən böyük vəsiyyəti torpaqlarımızın azad edilməsi idi və cənab Prezident bu vəsiyyəti yerinə yetirməklə sübut etdi ki, o, sadəcə bir siyasi varis deyil, həm də milli idealları gerçəkləşdirən dahi strateqdir. Xankəndidə səs verərkən cənab Prezidentin atdığı bülleten, özünün də ifadə etdiyi kimi, "erməni separatçılarının tabutuna vurulan son mismar" idi. Bu hərəkət Azərbaycanın suverenliyinin tam bərpasının rəsmi təsdiqi oldu. Xalqın 92,12%-lik mütləq dəstəyi cənab İlham Əliyevə olan inamın sarsılmazlığını bir daha beynəlxalq ictimaiyyətə bəyan etdi.


Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayırsa, bu, birbaşa cənab Prezidentin yorulmaz fəaliyyətinin və uzaqgörənliyinin bəhrəsidir. Biz də öz növbəmizdə, ölkəmizin tərəqqisi naminə atılan hər bir addımda dövlət başçımızın yanındayıq və bu böyük inkişafın bir parçası olmaqdan şərəf duyuruq. Məhz bu qürur hissi ilə, doğum gününün yaratdığı bu xoş mühitdə kollektivimiz adından ən səmimi duyğularımızı ifadə etmək istəyirik.

Hörmətli cənab Prezident! Sizi 24 dekabr doğum gününüz münasibətilə kollektivimiz adından səmimi qəlbdən təbrik edirik. Sizin rəhbərliyiniz altında Azərbaycanın qazandığı tarixi zəfərlər hər birimiz üçün tükənməz qürur mənbəyidir. Ulu Öndərin yolunu şərəflə davam etdirərək dövlətimizi ucaltdığınız üçün Sizə minnətdarıq. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni zirvələr arzulayırıq!


Röya İslamova

Suraxanı rayonu, A.Muradov adına 84 №li tam orta məktəbin direktoru 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti