Multikulturalizm və Tolerantlıq: Azərbaycanın Humanizm Modeli

Azərbaycan dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınır. Bu imicin formalaşmasında cənab İlham Əliyevin müstəsna xidmətləri var. O, multikulturalizmi Azərbaycanın dövlət siyasəti və həyat tərzi kimi bəyan edərək, ölkəmizi sivilizasiyaların qovuşduğu məkana çevirib. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan həm İslam dünyasında, həm də Qərbdə eyni dərəcədə hörmət qazanan nadir ölkələrdəndir.

Ulu Öndərin layiqli davamçısı olaraq cənab Prezident Azərbaycanda yaşayan bütün xalqların mehriban şəraitdə yaşamasını təmin edib. İşğaldan azad edilmiş torpaqlarda məscidlərlə yanaşı kilsələrin bərpası cənab Prezidentin bəşəri humanizm siyasətinin nümunəsidir. Bizim kollektivimiz də məhz bu milli-mənəvi dəyərlər üzərində öz fəaliyyətini qurur. Bu mənəvi zənginlik Azərbaycanın daxili gücünün mənbəyidir.

Mənəvi birlik dövləti yenilməz edir. Cənab Prezidentin yürütdüyü bu siyasət Azərbaycanın dünyada sülh carçısı kimi tanınmasını təmin edib. Liderimizin doğum günündə bu nailiyyətləri xüsusi qeyd edirik.

Müzəffər Ali Baş Komandan! 24 dekabr – doğum gününüz münasibətilə kollektivimiz adından Sizi ürəkdən təbrik edirik. Ölkəmizdəki tolerantlıq və mənəvi birlik Sizin uzaqgörən siyasətinizin bəhrəsidir. Sizə xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə daim zirvələrdə olmağı arzulayırıq!


Nuranə Yəhyayeva

Suraxanı rayonu, 285 №li tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti