Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Bakıda vətəndaşlara sosial evlər satacaqlarını vəd edərək dələduzluq etməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Məhəmməd Qafarov, Leyla İsmayılova, Ülviyyə Abdalova və Eldar Salayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında məhkəmə istintaqının başa çatdığı elan olunub.
Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayılovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmin şəxslərin məhkəmə zalında həbs edilməsini tələb edib.
Məlumata görə, təqsirləndirilən şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə ediblər.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluq dələduzluq hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Mənzil İnşaatı Dövlət Agentliyitərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında "579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq vətəndaşların etibarından sui-istifafə edərək onlara ev satacaqlarını vəd ediblər.
Cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.
E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, təqdirləndirilən şəxslərin hər biri ev dustaqlığındadır. Onlardan Eldar Salayev Daxili İşlər Nazirliyinin sabiq polkovnikidir./musavat.com/