10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Rusiya lideri Azərbaycan və Türkiyəyə dəyər verdi, erməniləri sarsıtdı -
Moskvadan İrəvan üçün “soyuq duş”
Rusiya başçısı nankor və satqın dövlətə layiqli yerini göstərdi; deputat: “Putinin son açıqlaması bir daha göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil”; politoloq: “Türkiyənin Minsk Qrupu rəhbərliyinə gətirilməsi ilə bağlı Bakının israrı nəticə verəcək...”
Terrorçu Ermənistan təkcə Qarabağ müharibəsində Azərbaycanın qəhrəman ordusuna uduzmur, həm də Azərbaycanın hücum diplomatiyası qarşısında aciz duruma düşüb. İşğalçı ölkənin humanitar atəşkəslə bağlı razılaşmaları xaincəsinə pozaraq, gecə yarısı Gəncənin dinc əhalisini yatdığı yerdə raketlərlə vurmasından sonra artıq onu müdafiə üçün hətta müttəfiqlərinin belə, arqumenti qalmayıb.
Nikol Paşinyan rejimi sözün həqiqi mənasında özünü islaholunmaz küçə uşağı kimi aparmaqdadır və onu nizama dəvət edən Azərbaycanın dinc əhalisini, savaş meydanından azı 100 km kənarda olan şəhərlərini atəşə tutmaqda davam edir ki, bu da insanlıq əleyhinə cinayətdir və bəraət yoxdur. Belə olan təqdirdə Rusiya prezidenti Vladimir Putinin Ermənistanda məyusluq doğuran mövqeyi təəccüblü görünmür. Əslində Azərbaycanda bir narahatlıq var idi ki, 2016-cı ilin aprel döyüşlərindəki kimi, Rusiya dövriyyəyə girə və ərazilərimizin terrorçu-işğalçı yığnağından təmizlənməsinə əngəl yarada bilər. Amma Putinin “Valday” Diskussiya Klubunda Qarabağ məsələsinə baxışı, Ermənistan-Azərbaycan müharibəsi, habelə Türkiyə, onun prezidenti cənab Ərdoğanla bağlı açıqlamaları bütün şübhələrimizə, narahatlıqlarımlza son qoymuş oldu. Nəticə etibarilə ermənilərin də bütün xəyalları, gözləntiləri suya düşdü. Rusiya prezidenti həmçinin Mink Qrupunun həmsədrlərinin tərkibinin dəyişdirilməsi - böyük ehtimalla Türkiyə bu qrupa daxil ediləcək - haqda da çox ciddi və xeyrimizə olan açıqlamalarla çıxış etdi. Rusiya prezidentindən əvvəl onun köməkçisi D.Peskov maraqlarımıza uyğun açıqlamalar vermişdi.
V.Putinin dediklərini xatırlayaq:
“Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün uğurlu olacağına ümid edir, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya ilə həmrəy şəkildə çalışacağına ümid edir”. “İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.
“Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, - deyə Rusiya lideri bildirib.
Putin bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır. “Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə o bildirib. O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur. “Bu kompromisin tapılmasını çox istərdim”, - V.Putin əlavə edib.
Rusiya prezidentinin
“Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz” deməsi isə Ermənistanı yerdən-yerə vuran mövqedir. Düzdür, Putin “Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır. Bizim üçün orada insanların həlak olması faciədir”,
- deyib. Ancaq olsun, biz zatən bunu bilirik ki, Rusiyanın bölgədə ciddi maraqları var, amma yetər ki, Azərbaycanın haqq işinə maneçilik törətməsin, bunu da görməkdəyik. Son günlərədək terrorçu və işğalçı Ermənistan Vladimir Putinin onu xilas edəcəyini güman edirdi, Rusiya lideri isə satqın və cinayətkar dövlətə layiqli yerini göstərdi.
Qeyd edək ki, ermənipərəst mövqeyinə görə seçilən Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulin Rusiyanın Ermənistan xalqını qorumaq üçün desant əməliyyatı apara biləcəyini istisna etməmişdi. Ancaq cavab özünü çox gözlətmədi. “Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır, belə bir mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb. Münaqişənin həllində müsbət nəticə əldə etmək üçün hazırda görülən tədbirlər kifayətdir”.
“RİA Novosti”nin məlumatına görə, bunları Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov deyib. Krasov həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə köçürülməsi üçün bütün lazımi tədbirləri görürlər. “Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətdir”, - parlamentari bildirib.
Andrey Krasov
Andrey Krasov qeyd edib ki, buna görə də,
“deputat Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant əməliyyatı şəklində mümkün reaksiya variantları barədə şərhi real vəziyyətə uyğun gəlmir”.
A.Krasov onu da vurğulayıb ki, “Konstantin Zatulinin bu şərhi vermək səlahiyyəti olmayıb. Onun bu şərhinin Dövlət Dumasının və Dumanın müdafiə komitəsinin rəsmi mövqeyinə heç bir dəxli yoxdur”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya liderinin son açıqlamalarını müsbət qiymətləndirib:
“Putinin son açıqlaması bir daha göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil, münaqişənin ilk günlərində bəyan etdiyi birmənalı mövqeyə sadiqdir və o dəyişməyib. Rusiya Prezidentinin bəzi komanda üzvləri və ermənipərəst dairələr tərəfindən böyük təzyiqlərlə məruz qalmasına baxmayaraq öz ölkəsinin milli maraqlarından çıxış edərək neytrallığını saxlaması çox təqdirə layiqdir. Əminəm ki, Rusiyadakı ayrı-ayrı dairələr tərəfindən Ermənistana silah-sursat göndərilməsinə baxmayaraq əgər bu gün sorğu keçirilsəydi həm Putinin, həm Rusiyanın insanlarımız arasında nüfuzunun xeyli qalxdığını görərdik. Putin xarakter etibarilə sözübütöv, münasibətlərdə səmimi olan siyasətçilərə və ölkələrə rəğbət bəsləyir. Onun Türkiyə Prezidenti haqqında bu nöqteyi-nəzərdən dediyi xoş sözlər də bunu təsdiqidir. Putin əmindir ki, Azərbaycan Respublikasının Prezidentinin artıq aforizm kimi qəbul olunan ”sözümüz imzamız qədər mötəbərdir", “biz etibarlı tərəfdaşıq” deyimi həm Prezident İlham Əliyev, həm Azərbaycan üçün hamılıqla qəbul olunmuş ali dəyərdir".
Qüdrət Həsənquliyev
Q.Həsənquliyev digər məqama da diqqət çəkib:
“Bütün ağıllı insanlar başa düşür ki, bizim haqlı olmamıza baxmayaraq, Rusiya istəsəydi, münaqişəyə Ermənistan tərəfdən qoşulmaq üçün ya bəhanə tapacaqdı, yaxud belə bəhanəni yaradacaqdı. Amma Rusiya Prezidenti mərhum Prezident Heydər Əliyev, onun ardınca Prezident İlham Əliyev tərəfindən Rusiya ilə aparılan dostluq və strateji tərəfdaşlıq siyasətinin üstündən xətt çəkmədi və neytrallığını qorudu. Mənim Rusiya ilə bağlı münaqişədən öncəki proqnozlarım hələ ki, özünü doğruldur. Xəyanətkar Ermənistana görə Rusiya Türkiyə və Azərbaycanla münasibətləri pozmaqdan uzaq görsənir. Azərbaycan işğala son qoyandan sonra bizim münasibətlər daha yüksək səviyyəyə qalxacaq. Bölgənin xoşbəxt gələcəyi Türkiyə, Rusiya, İran və Azərbaycanın dostluğundan və əməkdaşlığından keçir”.
BAXCP sədri qeyd edib ki, 2009-cu ildə Minsk Qrupu həmsədrləri münaqişənin həllinə dair tərəflərə Madriddə yeni prinsiplər təqdim edəndən bir çox insanlarımızın ürəyindən sanki daş asılmışdı:
“Hətta ilk dəfə bu prinsiplər elan olunanda bəyan etmişdim ki, yaxşı ki, Ermənistan bunu qəbul etmədi. Açıq söyləyim ki, Ordumuzun möhtəşəm qələbələrinə, Prezidentin köhnə status-kvonun artıq qalmadığını bəyan etməsinə baxmayaraq, Azərbaycanın problemin həllinə dair baza prinsiplərinə sadiq qalmasını açıqlaması insanların nigarançılığını tam aradan qaldırmırdı. Amma Prezident hər zaman bəyan edib ki, o nəyi nə zaman və necə etməyi dəqiq bilir. Belə hesab edirəm ki, Prezident həm xalqımızın bir hissəsinin narahatçılığına birdəfəlik son qoymaq üçün və xarici işlər nazirinin ABŞ səfəri öncəsi bunu açıq elan etməyi zəruri sayıb. Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək, beynəlxalq birliyi və regionda marağı olan ölkələri nəhayət ki, bununla barışmağa məcbur edəcək. Bütün bunlar isə qələbəmizi asanlaşdıracaq”.
Qafar Çaxmaqlı
Politoloq Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, Putinin Valdayda verdiyi açıqlamalardan sonra onun fikirlərindən Ermənistanın yararına faydalanmaq üçün erməni şərhçilər fərqli yanaşma sərgiləyirlər:
“Güya Putin Azərbaycanın hərbi əməliyyatlarını təqdir etmir, Ərdoğanı suçlayır və sair. Amma bizim üçün önəmli olan Putinin Qarabağ məsələsinin uzun müddət belə vəziyyətdə qalmasının qəbuledilməzliyini deməsidir”.
Q.Çaxmaqlı qeyd etdi ki, ikinci ən önəmli cəhət odur ki, Minsk Qrupu ilə bağlı yeni yanaşma var:
“Türkiyənin bu qrupa daxil edilməsilə bağlı Azərbaycanın israrı nəticə verəcək. Putinin açıqlamasında ona işarə var. Türkiyə ilə Rusiyanın Qarabağ məsələsinə yanaşma fərqinin olması təbiidir və bunun da gələcək danışıqlarda yaxınlaşdırılması üçün Rusiyanın qərarının olacağı görünməkdədir. Rusiya liderinin Türkiyənin buradakı varlığını qəbul edirik mənasını verən açıqlaması diplomatik uğurdur. Hər nə səviyyədə açıqlamalar olur-olsun, Azərbaycan savaşda qələbəsini sona çatdırmalıdır. Artıq Rusiyanın təsir imkanları azalıb. Minsk Qrupu da bizim xeyrimizə olmayan heç bir şeyi diktə edə bilməyəcək”.
Q.Çaxmaqlı əlavə etdi ki, Prezident İlham Əliyevin ermənilərə mədəni muxtariyyət verilə bilər, deməsi də artıq əvvəlki prinsiplərin dəyişəcəyini ifadə edir:
“Moskva da, o biri erməni havadarları da Azərbaycanın təklif etdiyi müddəalarla razılaşmalıdırlar. Ermənistanın bu məsələlərdə heç bir iddiası qəbul edilməyəcək”.
Bu günlərdə uçurumun başında olduğunu anlayan Ermənistan rəhbərliyinin döymədiyi qapı qalmayıb. Elə prezident Armen Sarkisyanın nicat üşün Avropaya səfəri, Fransa prezidenti Makronun qapısını kəsdirməsi də ordumuzun sarsıdıcı zərbələrinin məntiqi nəticəsidir. Nikol Paşinyanın göstərişi ilə Prezident Armen Sarkisyan Brusselə səfər edib. O, səfər çərçivəsində NATO Baş katibi ilə görüşüb. A.Sarkisyan görüş zamanı Ermənistanın KTMT-dən gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib. Müharibədən sonra Ermənistanın öz xarici siyasətini NATO və Avropa İttifaqına yaxınlaşmağa yönələcəyini açıq bəyan edib. Bu, Ermənistanın Rusiyaya növbəti xəyanət nümunəsidir. Bənzər addımı aprel döyüşlərindən sonra eks-prezident Serj Sərkisyan atmışdı və Almaniyaya səfər edərək A.Merkelə Rusiyadan şikayətlənmişdi.
Bu fakt bir daha ermənilərin satqın olmasının təsdiqidir. Təsadüfi deyil ki, Putin Türkiyəni və onun rəhbərliyini etibarlı tərəfdaş, faktiki olaraq KİŞİ ADAM, KİŞİ DÖVLƏT adlandırır. Bu, həm də Azərbaycana verilən dəyərin dolayı ifadəsi və Ermənistana açıq mesajdır. Uşaq qatili olanlardan hər cür şərəfsizlik gözləmək olar və dünya buna şahiddir, o cümlədən Putin. Rusiyanın sayəsində mövcud olan ermənilər indi onu avropalıya, amerikalıya satırlar...
Ancaq Avropa da artıq bunları tanıyır və mahiyyətinə tam bələddir. Anlayırlar ki, terrorçu dövləti müdafiə edənin özü də terroru dəstəkləyən kimi tarixə düşəcək, bunu çoxları anladığı üçün ermənilərdən uzaq durmağa çalışırlar...
Oxşar Xəbərlər
Türkiyə prezidentinin köməkçisi:
Baş Prokurorluq:
Kamaləddin Qafarov: Erməni rəhbərliyinə son xatırlatma: “Külək əkən-fırtına biçər!”
Ermənilər Azərbaycanın 5 rayonunu atəşə tutur
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…