Müdafiə Nazirliyində saxlanılanlar var? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən,general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Generalla yanaşı, digər şəxslərin də saxlanıldığı iddia olunur. Məlumatı dəqiqləşdirmək məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində bölmə rəisi, xidmət rəisinin müavini Anar Eyvazovla əlaqə saxlayıb.

Sozcu.info  xəbər verir ki, o, "Sherg.az"a açıqlamasında xəbəri nə təkzib etdi, nə də təsdiq: "Bu məsələni hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək lazımdır."



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}