Bu gün, 10:36
3-06-2023, 11:18
2-06-2023, 15:06
17-05-2023, 13:33
16-05-2023, 15:05
Müdrik xalqımızın qədimlərdən üzü bəri nəsil-nəsilyaddaşımızda qoruduğu, etnopsixologiyamızda milli-əxlaqidəyərə, vətən sevgimizdə və əməlimizdə sarsılmazdayağa çevirdiyi "Güc birlikdədir", "Tək əldən səs çıxmaz" ifadələri hər bir zaman əməli şəkildə öz doğruluğunu sübutetmişdir. Bunu göstərəcək çox faktlar vardır. Biz bunlardansadəcə birinə yaxın keçmişin ən şanlı səhifəsinə nəzəryetirdikdə bir daha görəcəyik ki, xalq bir olduqdan sonraonun qarşısında heç bir maneə, çıxılmaz vəziyyət olabilməz.
Üç il bundan öncəsi, yəni 2020-ci il xalqımız üçünolduqca şərəfli, eyni zamanda əlamətdar bir gün kimiyadda qaldı. Bu ildə respublikamızın ərazi bütövlüyüuğrunda başlatdığı savaş qələbə ilə yekunlaşaraqtariximizin ən şanlı səhifələrində öz layiqli yerini aldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyi altında ordumuz Ermənistanı məğlub edərəkxalqımıza çoxdan gözlədiyi qələbə sevincini bəxş etdi.
Vətən müharibəsi müddətində xalqımız hər gün özliderinin yenilməz iradəsinə, güclü siyasi bacarıqlarınaşahidlik etdi. Haqlı savaşımızda gördüyümüz təzyiqlərəqarşı liderimizin mərdanə duruşu xalqımızı daha da ruhlandırır, bir yumruq altında birləşməyə daha da sövqedirdi. Bu mərhələdə siyasi əqidəsindən, statusundan, milliyətindən, dinindən, vəzifəsindən asılı olmayaraq hərbir kəs— hər bir Azərbaycan vətəndaşı milli həmrəyliknümayiş etdirdi. İlham Əliyev 31 Dekabr Həmrəylik Günüxalqımızı təbrik edərkən bununla bağlı öz çıxışında belədemişdir: "Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşıtörətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqıVətən müharibəsinə qalxmışdır. Müzəffər AzərbaycanOrdusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzindədüşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazibütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə vəxalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərginsiyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir".
Vətən müharibəsində digər ölkələrdə yaşayanazərbaycanlılar da vətəndən uzaq olsalar belə, misligörünməmiş bir fəallıq, xalqa bağlılıq nümayiş etdirdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinineşidilməsi üçün bütün güclərini səfərbər etdilər. Beləliklə,xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətlietirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinəçatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqlitöhfə olmuşdur.
Liderin söylədiyi və hər bir kəsin dilindən düşməyən, müharibə zamanın əzbər ifadəsinə çevrilmiş "Dəmiryumruq" da məhz bu birliyimizi ifadə edən ən gözəlkəlimələrdir.
Bu gün də xalqımızın birliyi, həmrəyliyi ölkəmizininkişafını daha da sürətləndirir.Qarabağ savaşında qazandığımız tarixi qələbə bir dahasübut edir ki, xalqın birliyi, özünə inamı və ölkərəhbərliyinin siyasi kursuna verdiyi dəstək qarşısında həllolunmayacaq ümummilli bir məsələ yoxdur.
Qənirə Abdullazadə
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info