Mədəniyyətə qurban gedən yazarlar ordusu -Xanəmir Telmanoğlu yazır


ey dili qafil fil faili məchul fani f...


derlər, 

undulmuş oxucu,

nəyə görə azərbaycan ədəbiyyatında cərəyanlaşmalar, bu cərəyanların hər birinin öz manifestosu, məramnaməsi olmadı. 

bu sualın cavablarından biri odur ki, bizim ədəbiyyatın yazarları yazdıqlarının fərqində olmadılar. yazdıqlarının əsarətinə çevrildilər. bizim yazarların yazdığı mövzular kütləvilik sindromunun əzilmiş qalıntıları, populist düşüncə, dünyagörüşünün aludəçilik, öyrəşmə, alışqanlıq karizmasıdır. bu karizma, bu eqo yazar təəssübkeşliyi, yazı oyaqlığı, mətn gözüaçıqlığı ipucunu yazara heç vaxt verə bilməz. 

bizim yazarlar olduqca gözütox bir özəlliyə, dədən-babadan qalma bir kişiliyə sahibdirlər. özünün qazancını deyil, dədə - babadan qalma mirasa yiyəlik eləmə səriştəsinin üstünlüyündən, şəhanə görsənməyindən qurtulmaqda çətinlik çəkirlər. ümumiyyətlə, bu barədə heç düşüncə işə salamağa, fikir zəhmətində bulunmağa macal tapmır, ya da buna ərincəklik nümayiş etdirirlər. 


derlər, 

undulmuş oxucu, 

ədəbiyyatımızda fərqli cərəyanların ortaya çıxmamasının digər bir səbəbi, yazarların mənsub olduğu xalqın, mədəniyyətin, tarixin bütöv yönünü, hərtərəfli yaşam instiktini görməmə, müşaidə edə bilməmə “məsuliyyəti”dir. adam hazıra nazirliyi qoyub nədən qan tərə bata  - bata ömrünü günün çürütsün ki? ona görə də, mənim bir dəfə  çox sayda yazarların yazılarının altından fərqli imza qoyub çap etdirdiyim mətnlərini hərə bir başqasının adına çıxması eksperimentimin söylədiyim fikirlərn düzgün şəkildə kanıtı olduğun(dan)a əminəm. 


derlər, 

undulmuş oxucu, 

bir xalqın ədəbiyyatında fərqli cərəyanlar, akımlar, ekollar ona görə və o vaxt yaranır ki, o toplumun mədəniyyəti yazarlarının daxili, şüursal mədəniyyətində toxunub qırılma, dəyib yaralanma effekti versin. xalqın mədəniyyət qatmanlarında sıxışıb qalmış gizlinləri, yazarın təhtəlşüurunda üzə çıxma təlatümü yaşasın. daha yazar gedib bütün varı-yoxuyla xalqın daşıdığı mənəvi enerjinin böyük burulğanında əriyib itməsin. xalqın mədəniyyəti su başını kəsdirmiş əjdəhadan başqa nə ola bilər ki? o hər dəfə ordan su içənləri, o suya ehtiyacı olanları kamına çəkib həzmi rabedən keçirməsiylə təqdirə şayandır. (söhbət yazardan, yazmaqdan gedir haaa:-x.t.)  bir gün birisinin o əjdahaya bu qədər qurban verməkdənsə, o əjdahaya qalib gəlmə içgüdüsüylə hərəkətə keçməyin zəruri olduğunu anlar və əjdahaya savaş açar. əsas məsələ də budur, savaş aça bilmək. əjdəha ona açılan o savaşdan bəribaşdan ölümünü gözə almışdır. 

əziz və xələf yazarlarımız əvvəl - axır xalqın yaratdığı mədəniyyətə yem olmaqdan qurtulmağın zamanı gəldiyini bilmək zorundadır.


Xanəmir Telmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti