İranla bağlı xəbərdarlıq edildi – “Yaxın saatlarda hücum olacaq”


Hörmüz boğazında üzən gəmilərin ələ keçirilməsinin qarşısını almaq üçün İranın ərazi sularından mümkün qədər uzaq durmaq xəbərdarlığı edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaxın Şərqdə yerləşən ABŞ-ın Beşinci Donanmasının sözçüsü Timoti Hokinsin açıqlamasında bildirilib.

“Dəniz piyadalarına İranın ərazi sularından mümkün qədər uzağa üzmələri barədə xəbərdarlıq edilir”, - sözçü deyib.

Hokins qeyd edib ki, ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Dəniz Təhlükəsizliyi Koalisiyası dənizçiləri regionda gərginliyin azaldılması səbəbindən ələ keçirilmə riskini aşağı salmaq üçün müvafiq tədbirlər haqda məlumatlandırıb.

Digər tərəfdən, beynəlxalq dəniz təhlükəsizliyi şirkəti “Ambrey” tərəfindən verilən açıqlamada Avropa Birliyinin Hörmüz Boğazı Missiyasının (EMASOH) bölgədə 12-72 saat ərzində naməlum bayraqlı ticarət gəmisinə hücum ehtimalı ilə bağlı xəbərdarlıq etdiyi bildirilib. Açıqlamada bundan əvvəl də oxşar xəbərdarlıqdan sonra İranın bəhanə gətirərək ticarət gəmilərini ələ keçirdiyi qeyd olunub

Yeri gəlmişkən, oxşar xəbərdarlıq Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) saytında da yerləşdirilib.

UKMTO açıqlamasında Hörmüz boğazı ətrafında artan təhlükələrdən xəbərdar olduqlarını vurğulayıb: “Boğazdan keçən bütün nəqliyyat vasitələrinin sayıq olması və şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat verməsi tövsiyə olunur”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}