Ukraynanın daha bir azərbaycanlı hərbçisi həlak oldu -Foto

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Əliyev Rafiq Hacıqulu oğlu Zaporojye istiqamətində həlak olub.
Sozcu.info "Report"a istinadən xəbər verir ki, Şərqi Avropa bürosunun məlumatına görə, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.
Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.
R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.



Oxşar Xəbərlər

Xəbər lenti