Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ən zəngin neft yataqlarına sahib Deyr əz-Zor uğrunda qanlı döyüş
Hurriyyet.org xəbər verir ki, Suriya dövlətinin hərbçiləri və İrandan gələn dəstək qüvvələri ölkənin ən zəngin neft yataqlarına sahib olan Deyr əz-Zor bölgəsini işğal eləmiş PKK/PYD terrorçularına (ABŞ-ın regiondakı əlaltıları) hücum ediblər. Terror təşkilatına qalxan olan ABŞ təyyarələri suriyalı hərbçilərə havadan hücum edib. 100 nəfərdən artıq hərbçi bu hücum nəticəsində həlak olub. Türkiənin "Yeni Şafak” qəzeti ölənlərin arasında biri polkovnik rütbəli olan 3 nəfər rus həbçisinin olduğunu da yazır.
Döyüş meydanı Suriyanın ən zəngin neft yataqlarına malik Deyr əz-Zor bölgəsi olub. Suriya hökumət qüvvələri fevralın 7-si gecə yarısı Deyr əz-Zorun şimalındakı Muhasen məntəqəsində portativ körpülər vasitəsi ilə Fərat çayının şərqinə keçiblər. Lazkiye-Xmeymim Rusiya hərbi bazasından gətirilən mobil körpülər vasitəsilə aralarında İranın dəstəklədiyi şiə milislərin də olduğu 500 nəfərlik qüvvənin irəliləyişi PKK tərəfindən minaatanlar və raket atəşləri ilə əngəllənib. Suriya hökumət qüvvələrinin bu təcavüz atəşlərinə cavab verəməsindən sonra döyüş başlanıb.
ABŞ işğalçı terrorçulara qalxan olub
ABŞ-ın lideri olduğu koalisiya qüvvələrinin təyyarələri döyüşə müdaxilə edərək Suriya hərbçilərinin olduğu nöqtələrə bomba yağdırıblar. Hücum zamanı 100 nəfərdən artıq suriyalı hərbçi və İranın dəstəklədiyi şiə döyüşçü həlak olub. Suriyadakı mənbələr ölənlərin arasında biri polkovnik rütbəsinə sahib olan 3 rus hərbçisinin olduğunu bildiriblər. Fəratın şərqinə keçən hərbçilərin yanında Rusiya tank və zirehli texnikalarının olduğu bildirilir.
Neftə hakimlik uğrunda
Deyr əz-Zordan olan fəal Mahmud Əbu Firas "Yeni Şafak”a müsahibəsində rayonun Suriyanın ən zəngin neft yataqlarına sahib olduğunu vurğulayıb və döyüşlərin Suriyanın PKK işğalı altındakı ərazilərində yerləşən Cafra, İsba və Tabiya adlı neft-qaz yataqlarına hakimlik uğrunda aparıldığını bildirib. Cümə gecəsi vurulan Suriya mövqelərində İranın dəstəklədiyi 40-dan artıq şiə döyüşçünün olduğu barəsində məlumat verən Əbu Firas hadisənin baş verdiyi bölgədə İŞİD ünsürünün olmadığını bildirib.
Əbu Firas burulan nöqtələrdə bəzi rus hərbçilərinin yaralandıqlarını və Rusiya vertolyotlarının yaralı və ölən hərbçilərini Xmeymim bazasında apardıqlarını iddia edib.