Tramp prezident olsa, Maskı özünə müşavir təyin edəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp sahibkar və milyarder İlon Maskla bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə dövlət başçısının gələcək administrasiyanın işində müşavir kimi mümkün iştirakını müzakirə edib.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” qəzeti məlumat yayıb.
“Donald Tramp və İlon Mask ehtimal olunan Respublikaçı namizədin Ağ Evə qayıdacağı təqdirdə, “Tesla” rəhbəri üçün mümkün müşavir vəzifəsini müzakirə ediblər”, - nəşr qeyd edib.
Jurnalistlər yazırlar ki, bu təklif hələ tam olaraq hazırlanmayıb, lakin Tramp və Mask bu ehtimalı müzakirə ediblər. Digər tərəfdən, Donald Tramp bununla prezident olacağı təqdirdə sahibkarı daha aktiv fəaliyyətə cəlb etmək istədiyini göstərir.
Həmçinin, müşavir vəzifəsinin İlon Maska onun son vaxtlar daha çox müzakirə etdiyi immiqrasiya və iqtisadiyyatla bağlı siyasətlərə təsir göstərmək imkanı verəcəyi bildirilir..
Qeyd edək ki, Mask daha əvvəl qarşıdan gələn prezident seçkilərində respublikaçıya səs verəcəyini bildirmişdi.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Donald Tramp və Co Bayden bu vəzifəyə əsas namizədlər hesab edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}