8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistanın baş naziri Nikol Paşinyan 11-12 iyul tarixlərində Brüsseldə NATO-nun sammitində iştirak etməyə hazırlaşır.
Sozcu.info publika.az-a istinadən xəbər verir ki, bu haqda "Jamanak” qəzetinə Ermənistan hökumətindəki mənbə bildirib.
"Ermənistanın baş nazirinin NATO-nun sammitində iştirakı bizim ölkəmiz üçün çox əhəmiyyətlidir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, rəsmi İrəvan respublikanın təhlükəsizliyin təmin olunması məsələlərində NATO-ya etibarlı müttəfiq kimi baxır”, - mənbə deyib.
Daha əvvəl Paşinyan bildirdi ki, onun hökuməti ölkənin xarici siyasət kursunu dəyişdirməyə, həmçinin Rusiya ilə birgə təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxmağa hazırlaşmır.
Lakin ekspertlərə görə, Kreml Ermənistanın yeni hakimiyyətinə tam etibar etmir və hələlik İrəvanda kəşfiyyatla məşğuldur. Ermənistanın yeni Nazirlər Kabinetində qərbyönümlü siyasətçilər kifayət qədər olması da Moskvanın şübhələrini artırır. Rusiya Paşinyanın öz yerini möhkəmlədəndən sonra Qərbə doğru da inamlı addımlar atacağını istisna etmir.
Qərb-Rusiya münasibətlərinin gərgin olduğu bir vaxtda Paşinyanın NATO-nun sammitində iştirakı Kremldə qəzəb doğurmaya bilməz.