8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kamal Öksüz "Fətullah Gülən camaatı” təşkilatının ABŞ-dakı "Hyuston bölgəsi” üzrə imamı hesab olunurdu
Türkiyə vətəndaşı olmuş və fərarilikdə suçlanan Kamal Öksüz Azərbaycan dövlətinin ABŞ-da "lobbiçilik” siyasətini aparmaq adı altında SOCAR-ın rəhbərliyi ilə əlbir olaraq milyonlarla dollarlıq vəsaitləri mənimsəməkdə suçlu bilindiyi üçün həbs olunubdur. Araşdırmalar zamanı o da bəlli olub ki, Kamal Öksüz SOCAR-dan aldığı maliyyə dəstəyi ilə Ermənistana yardımlar edirmiş. Bu bir bəşəri faciədir. Azərbaycanın baş neftxudası Rövnəq Abdullayevlə əlbir olaraq erməni terrorizminə gizli yolla yardımların edilməsində iştirakına görə Kamal Öksüz ABŞ məhkəməsi qarşısındadır.
Fətullah Gülən terror çetesinin maliyyə mənbələri necə yaranırdı?
Türkiyə mətbuatının uzun illərdir araşdırmalarında qeyd olunurdu ki, təməli Səidi Nursi (Kürdi) tərəfindən yaradılmış "nurçuluq” (siyasi, ideoloji və dini kürdçülük) hərəkatının lideri Fətullah Gülənin orta hesabla 24 milyard dollar vəsaiti vardır. O da bəllidir ki, "Fətoş”, "Fətiş”, "FETÖ” ayamaları ilə bilinən bu terrorbaşı adi dindardır. Heç bir istehsal və digər iqtisadi sahənin sahibi deyil. Bəs o zaman əlindəki milyardlarla dollarlıq vəsait, dəyəri milyardlarla ölçülən əmlakları onun üçün haradandır? Bu barədə ilk dəfə mərhum tarixçi və araşdırmaçı Nəcib Hamblemitoğlu 2002-ci ildə çap olunan "Köstebek” adılı əsərində 500 səhifə həcmində dosyeni gündəmə gətirmişdi. Kitab qısa bir zamanda əl-əl gəzirdi. Elə bu məqamda professor Nəcib Bəy terror olunaraq öldürüldü. İndiyə kimi bu ölümlə bağlı cinayət işi tamamalanmayıbdır. "Köstebek” kitabında qeyd olunurdu ki, Fətullah Gülənə bağlı "imam xətib” məktəblərində insanların 6-7 yaşından 17-18 yaşına kimi qafalarının yuyulması, onların "nurçuluq təlimi” ilə ideoloji baxımdan zəhərlənməsi sistemini qurmuşdu. "İmam xətib” məktəblərində yetişən ən istedadlı gəncləri sonradan onun nəzarətindəki universitetlərdə yetişdirirdi. Beləliklə həmin insanlar biznes, maliyyə, kəşfiyyat, terror, səhiyyə, KİV-lər və sair sahələrdə "FETÖ Camaatı”nın gücləndirilməsi istiqamətində istismar olunurdular. Onların sayəsində süni şəkildə yaradılmış etnik, dini və digər münaqişlərin sayəsində insan orqanlarının gizli transplantasiyası, uyuşdurucu və silah qaçaqmalçılığı, bahalı hospitallar, bahalı təhsil mərkəzləri və sair strukturların sahibinə çevrilirdi. Bu proses sadəcə Türkiyədə deyil, "FETÖ”nun nəzarətində olmaqla yurd dışında yaratdığı şəbəkələr də inkişaf etdirilirdi. Bunun üçün FETÖ Terror Örgütü tərəfindən qurulan 3 informasiya agentliyi, 16 TV kanal, 23 radio, 45 qəzet, 15 dərgi və 29 yayınevi (nəşriyyat) fəaliyyət göstərirdi. Onların apardıqları təbliğat və reklamların sayəsində dünyanın istənilən ölkəsində əhalinin savadsız kəsimini hipnoz etməklə hədəflərinə nail ola bilirdilər. Beləliklə də təkcə Azərbaycan Respublikasında 32 orta məktəb, 1 universitet, bank işi, istehsal vasitələri (xüsusilə də qida sənayesi), restoran və kafelər şəbəkəsi, yeni yaşayış kompleksləri şəbəkəsini qurmuşdular. FETÖ çetesi hansı ölkədə təsisatlarını gücləndirirdisə, bunun ardınca "dövlət içində dövlət olma” konseptini irəli sürürdü. FETÖ çetesini ən çox ilgiləndirən ölkənin əsas maliyyə gəliri olan sahələri və prezidentin, istənilən nazirin ən yaxın köməkçilərinə çevrilməklə "kölgə hakimiyyəti” sisteminə sahib çıxmaq idi. Necə ki, Azərbaycanda bunu bacarmışdılar. Elnur Aslanov adlı birisi hətta prezident aparatının rəhbərinin 1-ci köməkçisi vəzifəsinə kimi yüksəlmişdi. Bu azmış kimi, onun rəhbərliyi altında prezident aparatında gənc kadr siyasəti altında öz çetesini də qurmuşdu. FETÖ çetesinin təlimatına görə savadsız olan birisini SOCAR-ın rəhbərliyinə gətirməklə Azərbaycanın milyardlarla dollarlıq gəlirlərinə gizli şəkildə sahib çıxmağı hədəf seçmişdilər. "Hürriyyət” qəzeti illərdir bu barədə nə qədər faktlar ortaya qoysa da, SOCAR və onun rəhbəri Rövnəq Abdullayev bircə dəfə də olsun, təkzib və inkar məsələsini ortaya qoya bilməyib. İndi budur əlahəzrət "Kemal Öksüz olayı” bir daha dediklərimizi isbatlamaqdadır. ABŞ-ın Ədliyyə Nazirliyinin qərarı ilə tutuqlanıbdır. Harada? Terror yuvası olan İrəvanda. Rövnəq Abdullayev ən sadiq dostunun görəsən illərdir İrəvana gediş-gəlişindən xəbəri yox idimi?
"Hər daşın altından Kamal Öksüz çıxır”
Bu cümlə ABŞ Ədliyyə Nazirliyinin və xüsusi xidmət orqanlarının, kəşfiyyatının gəldiyi və rəsmi şəkildə etiraf etdiyi nəticədir. Bu cümlə demək olar ki, Türkiyə mətbuatının manşetlərində yer alan aparıcı mövzulardan birinə çevrilibdir. Bbc.com, haberturk.com, yeniakit.com.tr, yenisafak.com, karar.com, ortadogugazetesi.net, memleket.com.tr, izlenenhaber.com, aksam.com.tr, sabah.com.tr, haberler.com, ntv.com.tr, sozcu.com.tr, milliyet.com.tr, cnnturk.com, turkiyegazetesi.com.tr, gunes.com, oncevatan.com.tr, cumhuriyet.com.tr, posta.com.tr və digər nüfuzlu qəzetlər, televiziya-radio kanalları hər gün Kamal Öksüzün terrorbaşı Fətullah Gülənlə ilişkilərini tirajlayırlar. Demək olar ki, gündəmə gətirilən bu mövzunun ana xətti Kamal Öksüzün SOCAR və Ermənistandakı terror çeteləri ilə bağlı olan fəaliyyətlərinin açıqlanmasına yönəldilibdir. Kamal Öksüzün qardaşı Adil Öksüz Türkiyə Silahlıq Qüvvələrinin içinə uzun illər ərzində sızdırılmış "nurçu cameəsi”nin rəsmi şəkildə imamı sayılırdı. Məhz 15 iyul 2015-ci il darbesi, yəni dövlət çevrilişini Adil Öksüzün rəhbərliyi altında həyata keçirilmişdi. Bu faktı ölkənin Baş Prokurorluğu, Milli İstihbarat Təşkilatı, Daxili İşlər Nazirliyi kimi ciddi qurumlarının əlində olan istintaq materialları da isbat edir. Qeyd olunur ki, "15 iyul darbesi” baş tutsaydı Türkiyənin azından 23 əraziyə bölünməsi siyasəti həyata keçiriləcəkdir. Bu faktı indi kimsə dana bilməz. Ancaq bütün bunlar Türkiyə üçün ciddi təhlükə kimi qeyd olunsa da, Azərbaycan məsələsi burada diqqətdən kənarda qalıbdır. Araşdırmalar zamanı bəlli olur ki, Fətullah Gülənin rəhbərliyi altında "15 iyul darbesi”ndən sonra, Azərbaycan daha ağır təhlükələrlə üz-üzə qalacaqdı. Bu, qondarma "Dağlıq Qarabağ” rejiminin müstəqil dövlət kimi tanınması ilə tamamlanacaqdı. Türkiyənin Ərzurum, Kars, İqdır, Muş, Ağrı, Ərdəhan vilayətlərinin yerində "Ararat Respublikası”, Sivas, Ərzincan, Diyarbəkir, Bitlis, Dersim, Van, Qazientep, Adana vilayətlərini "Kürdüstan” adı ilə elan edəcəkdilər. Bunun davamı kimi, Gürcüstanın Ahısqa vilayətində "Erməni Cevaxk Muxtar Respublikası” məsələsini gündəmə gətirəcəkdilər. Beləliklə də BOP (Böyük Orta Doğu Projesi) planı əsasında və "nurçuluq” ideologiyasının konseptinə uyğun Anadolu və Qafqazda kürd-erməni terror siyasətinin yeni düzəni rəsmiləşdiriləcəkdi. O da bəllidir ki, Kamal Öksüz "Fətullah Gülən camaatı” təşkilatının ABŞ-dakı "Hyuston bölgəsi” üzrə imamı hesab olunurdu. Sıradan bir dini qruplaşmanın dini inanclarına görə onların imamı statusunu daşıyan Kamal Öksüzün bu qədər iri miqyaslı maliyyə işlərinə necə cəlb edilmişdi? Bir gerçəklik var. Ftəullah Gülən ən çox camaat birliklərinin imamı statusunda olanlara etibar edirdi. Çünki, imamlar onun şəxsi və səlahiyyətli elçiləri sayılırdılar. Azərbaycanın bir dövlət olaraq ABŞ-da öz milli maraqlarının təmin edilməsi və bu yöndə lobbiçilik fəaliyyətinin aparılması məsələsi gündəmə gələndə, məhz imam statuslu adi bir ajan olan Kamal Öksüz dərhal dövriyyəyə girdi. Çünki, FETÖ örgütünün Bakıda prezident aparatında yuva salmış və SOCAR-da ciddi mövqelərə malik olan "əlamanlar”ı bu barədə çoxdan "Fetoş”u bilgiləndirmişdilər. Beləliklə də Azərbaycanın əsas milli gəlirlərinin qaynağı olan SOCAR-ın himayəsində olmaqla milyonlarla dollar Kamal Öksüzün, yəni Fətullah Gülənin nəzarətinə keçdi. Onlar guya ABŞ-da hansısa konqresmenləri, senatorları, KİV-ləri, nüfuzlu politoloqları, universitetləri ələ alaraq Azərbaycanın milli maraqlarına xidmət etməyə yönəldəcəkdilər. Pulu ödəyən həm də ona nəzarət etməlidir prinsipi ilə yanaşsaq, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bircə dəfə də olsun ilgilənməyib ki, ödənilən milyonlar öz ünvanına çatıbmı? Çatıbsa, bəs nədən Azərbaycanın haqlı davası, milli maraqları tələb olunan səviyyədə qurulmur? Sullar çoxdur, Rövnəq Abdullayevin isə nə cavab, nə üzü, nə də sözü yoxdur. Hər daşın altından Kamal Öksüzün çıxdığını yaxın məhkəmə proseslərində aydınlıq gətiriləcək. Fətullah Gülən çetesinin əsas fəaliyyət çevrələrindən biri də idarə olunan terror düzəni strategiyasını nizamlamaq olub. "15 iyul darbesi”nə qədər demək olar ki, Türkiyədə hər gün müxtəlif şəhərlərdə terror eyləmləri baş verirdi. Hər gün orta hesabla 200-300 insan terrorun qurbanına çevrilirdi. FETÖ əldə etdiyi paraları məhz buna sərf edirdi. Elə buna görə də ona terrobaşı deyilir.
Kamal Öksüzün qazandığı paralar erməni-kürd terroruna ötürülürmüş
Türkiyənin Girəsun şəhər "Sülh Cəza Hakimliyi”nin 2016/2055 saylı qərarı ilə və Ankara 6 "sülh Cəza Hakimliyi” 2017/07473 saylı qərarı ilə Kamal Öksüz "FETÖ-PDY Silahlı Terror Örgütünə üzv olma” suçundan (cinayət) arandığı barəsində məhkəmə hökmü mövcuddur. 22 fevral 2017-ci il tarixdə bu barədə Türkiyə hökumətinin ABŞ-a rəsmi müraciəti vardır. Çünki, aparılan axtarışlar zamanı bəlli olmuşdur ki, Kamal Öksüz ABŞ-a qaçıbdır. Orada isə "FETÖ terror örgütü”nün üzvü kimi Fətullah Gülənin himayəsinə sığınıbdır. 23 avqust 2018-ci il tarixində İnterpol tərəfindən beynəlxalq axtarışda olan Kamal Öksüzün bu dəfə Ermənistanda peyda olması barəsində çox ciddi məlumatlar dövriyyəyə daxil oldu. Beləliklə də ABŞ Ədliyyə Nazirliyinin bu barədə verdiyi qərardan sonra, Kamal Öksüz İrəvanda tutuqlandı. Kamal Öksüzün nədən İrəvanda olması barəsində ən düzgün ehtimal Türkiyədə, yəni Girəsun şəhərində yerli əmniyyət idarəsinin və onun nəzarətindəki polis, kəşfiyyat, əks kəşfiyyat məlumatları əsasında daxil olan dəlillər əsasında gündəmə gətirilən cinayət əməlidir. Girəsundan sonra, belə bir qərarı Ankara məhkəməsi gündəmə gətiribdir. Bu iki ciddi dövlət qurumunun əlindəki sənədlər də sübut edir ki, Kamal Öksüz Türkiyədə, İraqda, Suriyada və Ermənistanda erməni-kürd terror birləşməsi olan PDY-nin silah və maliyyə məsələləri ilə bağlı təmin edənlərdən biri də "FETÖ örgütü”nə sadiq olan Kamal Öksüzdür. Giresun və Ankara məhkəmələrinin qərarlarından sonra Kamal Öksüzün ABŞ-a qaçması və Fətullah Gülənin qərarı ilə "Hyuston bölgə imamı” təyin olunması bir daha isbat edir ki, Qafqaz-Anadolu bölgəsində terrorizmin başında duran əsas simadır. Dəhşət saçan fakt odur ki, bu günün özündə belə, SOCAR prezidenti, deputat Rövnəq Abdullayev heç nə olmamış kimi davranış nümayiş etdirir. Terrorbaşı Kamal Öksüzə verilən milyonların aqibəti sanki, Rövnəq Abdullayevin vecinə deyil. Axı Azərbaycanın milli sərvəti olan milyonların göyə sovrulması, terror çetelərinə ötürülməsi kimi dəhşət saçan cinayət faktları mövcuddur.
Təbii olaraq, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayılan iddianamədə Kemal (Kevin) Öksüzün 2013-cü ildə Konqres heyətinin Azərbaycana səfərinin xərclərinin mənbəyini gizlədiyi bildirilir. İddianaməyə görə Öksüzün konqressmenlərin Azərbaycana səfər xərclərinin mənbəyi ilə bağlı ABŞ Nümayəndələr Məclisi Etika Komissiyasına təqdim etdiyi deklarasiyada həqiqəti əks olunmayıb. İttihamda o da bildirilir ki, Öksüz onun "Turquoise Council of Americans and Eurasions” təşkilatının Azərbaycanın dövlət neft şirkəti (SOCAR) tərəfindən maliyyə dəstəyi aldığını gizlədib. 2015-ci ildə Konqressin Etika Komissiyası 10 nəfər konqresmenin və 30 nəfərdən çox köməkçisinin 2013-cü ildəki səfər zamanı Konqresin qaydalarını pozduğu barəsində "dəlillər olmadığını” qərara almışdı. Qaydalara görə, qeyri-hökumət təşkilatları maliyyələşdirmə mənbələrini göstərməlidirlər. Öksüz isə bunu etməmişdi. Ədliyyə Nazirliyinin açıqlamasında qeyd edilir ki, Öksüzün həbs edilməsi qərarı bu ilin əvvəlində verilib. K.Öksüz ötən ay Ermənistanda həbs olunub. İddianamədə Öksüz maddi mənbələri təhrif və ört-basdır eləmək, Konqresə yalan ifadə vermək də daxil olmaqla, 5 maddə ilə ittiham edilir.
O da bəllidir ki, FETÖ-nün ABŞ-dakı ən güclü dayağı "Turkuaz Şurası”nın başçısı da Kemal Öksüz olub.
"Hürriyyət”