8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qətər dövləti 2019-cu ilin yanvarında artıq 57 il üzvü olduğu OPEK (Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC – ingilis dilində The Organization of the Petroleum Exporting Countries) təşkilatını tərk edəcəyi qərarını bu gün bildirib.
Qətərin enerji naziri Saad Əl-Kaabinin verdiyi açıqlamada deyilir: "2019-cu ilin yanvarından etibarən OPEK təşkilatını tərk edəcəyik. Qərarımızı OPEK təşkilatına bu səhər bildirmişik. OPEK üzvü olmayan bütün ölkələr kimi üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə davam edəcəyik”.
Əl-Kaabi Qətərin təşkilatdan çıxmasının OPEK-in neft isteksalı ilə bağlı qərarlarına cüzi təsiri olduğunu bildirərək, "57 il üzvü olduğumuz OPEK-i tərk eləmək asan deyil” sözlərini söyləyib.
Qeyd edək ki, OPEK neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilatdır. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.