Türkiyə “qətliamçılar”la ÜZ-ÜZƏ GƏLƏ BİLƏR: Trampa SENSASİON TƏKLİF

Türkiyə “qətliamçılar”la ÜZ-ÜZƏ GƏLƏ BİLƏR: Trampa SENSASİON TƏKLİF

 

ABŞ-ın qalmaqallı özəl hərbi şirkəti "Blackwater”in (sonradan adını "Academy” olaraq dəyişdirib) muzdlu əsgərləri Suriyanı tərk edən Amerika hərbçilərini əvəz edə bilər.

Sozcu.info  xəbər verir ki, bu haqda şirkətin qurucusu, Birləşmiş Ştatların Hərbi-Dəniz Qüvvələrinin keçmiş zabiti Erik Prins "Fox Business” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkətin döyüşçüləri ABŞ-ın Suriyadan çıxmasından sonra İran təsirinə qarşı mübarizə apara bilər. ABŞ-ın Suriyada qalmaq üçün uzunmüddətli bir strategiyanın zəruri olmadığını ifadə edən Prins, buna baxmayaraq, ABŞ-ın müttəfiqlərdən (YPG/PKK terror təşkilatını nəzərdə tutur – red.) imtina etməsinin yaxşı bir fikir olmadığını söyləyib.

Hərbi-Dəniz Qüvvələrinin keçmiş zabitinin fikrincə, ABŞ tərəfindən dəstəklənən "Suriya Demokratik Gücləri” (əsas hissəsini YPG/PKK terror təşkilatı təşkil edir – red.) üçün əsl təhdid Türkiyədən deyil, İranın dəstəklədiyi döyüşçülər və Suriya rejimindən gəlir.

"Suriya və İranın sahib olduğu konvansionel gücün qurudan işğalına qarşı gücünüz yoxdursa, müttəfiqlərimiz parçalanacaq”, - o deyib.

Qeyd edək ki, 1997-ci ildə Erik Prins tərəfindən qurulan xüsusi hərbi şirkətə bağlı minlərlə muzdlu əsgər ABŞ-ın İraq və Əfqanıstan işğalı zamanı hökumətdən yüz milyonlarla dollar alaraq, Amerika güclərinə dəstək verib. Şirkət ABŞ-ın İraq işğalı dövründə günahsız dinc insanlara qarşı törətdiyi qətliamları ilə tanınır. Şirkət 2007-ci il sentyabrın 16-da Bağdaddakı Nisur meydanında törətdiyi qətliamla gündəmə oturdu. Amerikalı diplomatları müşayiət edən muzdlu döyüşçülər içində qadın və uşaqların da olduğu kütləyə atəş açmış, 14 dinc sakin öldürülmüşdü.

Şirkət 2010-cu ildə bir qrup investora satılıb.

2017-ci ildə "New York Times” qəzetində yazılan xəbərə görə, Erik Prins prezident Donald Trampa Əfqanıstanda Talibana qarşı müharibənin xüsusi hərbi şirkətlərlə aparılması təklifini etmişdi. Xəbərə görə, dövrün Ağ Ev baş strateqi Stiven Bennon tərəfindən Əfqanıstana daha çox əsgər göndərilməsinə alternativ tapmaq üçün tapşırıq almışdı.

Qeyd edək ki, 2018-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD üzərində qələbəni elan edib və qoşunların çıxarılması barədə göstəriş verib. O bildirib ki, İŞİD bu ölkədə Amerika hərbçilərinin olmasının yeganə səbəbi idi.

Türkiyə isə Suriyanın Münbiç bölgəsində və Fəratın şərqində əməliyyat keçirməyə planlaşdırır. Türkiyə KİV-inin son xəbərlərinə görə, 80 minə qədər hərbçi əməliyyat üçün hazır vəziyyətinə gətirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}