SEÇKİDƏN SONRA TÜRKİYƏ İQTİSADİYYATININ DURUMU NECƏ OLACAQ? –Köşə yazarından vahiməli proqnoz

SEÇKİDƏN SONRA TÜRKİYƏ İQTİSADİYYATININ DURUMU NECƏ OLACAQ? –Köşə yazarından vahiməli proqnoz

 

İbrahim Kahveci

"Karar”, 27.03.2019

 

Seçkidən sonra iqtisadiyyatın durumu necə olacaq?

Əslində, formullar çox sadədir.

Sual: Seçkidən sonra nə olacaq?

Cavab: Nə olar olar…

Ötən seçkiləri və deyilənləri xatırlayın. Hətta referendumdan sonra yeni idarəetmə sistemi ilə nə oldu?

24 İyun seçkilərindən əvvəl dollar və faizlər yüksəlirdi. Həmin günlərdə Mərkəzi Banka "Nə badə faiz dərəcələrini yüksəldəsiniz” təlqin edilirdi. İndi də banklara bənzər təkliflər edilir…

Gəlin seçimlərə və nəticələrə nəzər yetirək:

16 Aprel referendumu:

Dollar: 3.70

Faiz: 11.46

24 İyun seçkiləri:

Dollar: 4,68

Faiz: 19.18

Sonra nə oldu?

Dollar: 7,20 lirə,

Faiz 28,0-ə yüksəldi.

Dünən Anadolu Agentliyi iş adamları ilə müsahibə götürüb: seçkilərdən sonra həyata keçiriləcək islahatlarla vəziyyət düzələcək…

Yadıma Berat Albayrakın bu açıqlaması düşür: "Struktur islahatları, struktur islahatları, bu struktur islahatları nədir ki…”

Həqiqətən, hansı islahat həyata keçiriləcək və normal iqtisadiyyat bərpa ediləcək? Bu istiqamətdə struktur dəyişikliyinin bir əlamətini görürsünüzmü?

Bu günədək kim əllərini tutub bağladı və islahatların qarşısını kəsdi ki?

Struktur islahtları son 3-4 ildə heç kimin dilindən düşmür. Ancaq nədənsə hamı seçkiləri gözləyir.

İllərdir irəli sürdüyüm bir tezis var: Ankara çox vergi toplayır və çox şişib-piylənib. Əgər Ankara zəifləməzsə, millət zəifləyəcək.

Ankara bir çox vergilər yığır və bu, vergiləri səmərəli istifadəsi deməkdirmi?

Xeyr…

Ankara pulu havaya sovurdur. Səmərəli sahələrdən vergi yığır və səmərəsiz sahələrə sərf edir. Buna görə də, ölkədə ümumi məhsuldarlıq çox sürətlə aşağı düşüb.

Mənim təklifim bu idi: Büdcədə əlavə investisiya sisteminə keçmək lazımdır. Başqa sözlə, Ankara toplanan pulları məhsuldar investisiyalara sərf edə bilər. Ancaq səmərəsiz və israfçı xərclərə heç vaxt icazə verilməməlidir. Büdcə buna görə təsnif edilməli və qiymətləndirilməlidir.

Ankaranın piylənməsini niyə gözləməliyəm?

Son 16 il ərzində xaricdən çoxlu sərmayə gəlib. Bir növ, iqtisadiyyatımızı onların sayəsində ayaq üstə tutduq. Amma bu pulları hansı gəlirli sahələrə yatırdıq və ya çətin günlər üçün yığdıq?

İndi xaricdən pul gəlmir. O günlər bitdi.

Yüksək xarici borca görə özəl sektor valyuta məzənnəsinin təsiri altındadır. Əgər 2002-ci ildə real sektorun valyuta mövqeyi 6,7 milyard dollar idisə, indi onun açıq mövqeyi 200 milyard dollardan çoxdur. Dolların hər bir artımı xüsusi sektora milyardlarla dollar qazandırır.

Bundan başqa, özəl sektor da yüksək kredit-faiz təzyiqi altındadır. 2002-ci ildə ÜDM-in 12 faizi olan xüsusi sektorun kredit istifadə nisbəti indi ÜDM-in 70 faizindən çoxunu təşkil edir. İndi hər 1.00 ballıq faiz böyük xərc deməkdir.

Bununla yanaşı, özəl sektorun daxili tələbatın bitdiyi bir dövrdür. Real istehlak 9% azalıb.

Belə mühitdə, özəl sektor Ankaranın böyümüş mədəsini necə doyduracaq?

Bu mümkün deyil.

Sizə çox dəqiq deyirəm… Bu mümkün deyil.

Bu nizam bütün özəl sektoru batma nöqtəsinə gətirə bilər. Ankara yeni yeməklərə ehtiyac duyduqca, özəl şirkətlərin balanslarına baxmağa başlayır.

Yenidən qısa bir xahiş: Əgər Ankara zəifləməzsə, hamımız zəifləyəcəyik.

Bəzilərimiz aclığa dözməyib ölə bilər.



Oxşar Xəbərlər

Xəbər lenti