Azərbaycan Prezidenti: "Hərbi Qənimətlər Parkı Zəfərimizin nümayişi və həlak olanlara ehtiram əlamətidir"


"Hərbi Qənimətlər Parkı bizim Zəfərimizin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür".
Sozcu.info  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, bu, tamam başqa emosional duyğular, tamam başqa əhval-ruhiyyədir: "İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Bu, çox ciddi hisslərdir".
"Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Mən dəfələrlə demişəm, bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, Xocalının günahsız qurbanlarını, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq”, - Prezident vurğulayıb.


Onun sözlərinə görə, Hərbi Qənimətlər Parkında hərbi əməliyyatlar zamanı məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikanın yalnız bir hissəsi nümayiş olunur.




Oxşar Xəbərlər

Xəbər lenti