PUTİNİN DAHA 4,5 MİLYARDLIQ SƏRVƏTİ ÜZƏ ÇIXDI - Villalar, yaxtalar, üzüm bağları + FOTOLAR


Putin 4,5 milyard dollar dəyəri olan dəbdəbəli villaları, hektarlarla üzüm bağlarını və super yaxtaları yaxın dostlarının və oliqarxların adına rəsmiləşdirərək özünə böyük bir şəbəkə yaradıb.

Sozcu.info AzPolitika.info-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Qara dəniz sahilində Gelencikdə 1 milyon funt sterlinq dəyəri olan villa Putinin şəxsi istifadəsi üçün tikilib. Bu mülkün oliqarx Arkadi Rotenberqin adına rəsmiləşdirilidiyi iddia olunur.

 

Bildirilir ki, Gelencik sarayının ətrafında hektarlarla sahəsi olan üzüm bağlarında şərab zavodları fəaliyyət göstərir. Sarayın ətrafındakı üzüm bağlarının Putinin iki tərəfdaşı Gennadi Timçenko və Vladimir Kolbinin təsis etdiyi qeyri-kommersiya təşkilatına məxsus olduğu iddia olunur.

Məlumatda qeyd olunur ki, “İqora” xizək kurortu da Putinə məxsusdur. Torpaq sənədlərinə görə, o, Putinin dostu, “Bank Rossiya”nın sədri və ən böyük səhmdarı Yuri Kovalçukun adına rəsmiləşdirilib.

Sankt-Peterburqun şimalında yerli sakinlər tərəfindən “Putinin daçası” kimi tanınan villa isə Putinin uşaqlıq dostu olan Oleq Rudnovun adınadır.

Qəzetin məlumatına görə, Sankt-Peterburqun şimalında, “Balıqçı Daxması” kimi tanınan ağac örtüklü bina isə Putinə yaxın olan üç fərqli şirkət tərəfindən idarə olunur.

Bundan əlavə Putinin “Shellest” və “Nega” adlı iki super yaxtaya sahib olduğu bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti