Türkiyə prezidenti:“Azərbaycan terrorçuların Suriyaya keçməsinin qarşısını alan mühüm ölkədir”

Türkiyə prezidenti:“Azərbaycan terrorçuların Suriyaya keçməsinin qarşısını alan mühüm ölkədir”

 "DAEŞ, PKK, PYD, YPG, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur. Onların məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.

 "Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın ölümünə, 2 min 193 vətəndaşımızın isə yaralanmasına səbəb olan, tariximizin ən xain çevriliş cəhdini də millət olaraq terror və terror təşkilatları qarşısında bir bədən, bir can olmağımız sayəsində uğursuzluğa düçar etdik. Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da bu xain təşkilat qarşısında nümayiş etdirdikləri həmrəyliyə görə xüsusilə təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedən çıxış edərək Türkiyədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasını səmimi qəlbdən dilədiyini bilirəm. Bu da Türkiyə-Azərbaycan qardaşlığının nə qədər güclü olduğunu göstərir. FETÖ olduğu bütün ölkələr üçün təhlükə mənbəyidir. Buna görə də Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən razı qaldığımızı bildiririk", – deyə Türkiyə prezidenti qeyd edib. 

 O bildirib ki, bütün sahələrdə olduğu, kimi terrorizmə qarşı mübarizə sahəsində də Türkiyə Azərbaycanla yaxın əməkdaşlıq edir: "Səlahiyyətli orqanlarımız arasında kəşfiyyat və məlumat mübadiləsi, eyni zamanda əməliyyat sahəsində əməkdaşlığımız da artan sürətlə davam edir. Azərbaycan xarici terroristlərin Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir və bu istiqamətdə faydalı işlər görür".


 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}