“Bu, son 10 ilin ən ölümcül zəlzələsidir” -– Türkiyəyə nə qədər ziyan dəyib?


Xəbər verildiyi kimi, ötən gün Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu mərkəz olmaqla 10 şəhərində 7.7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Risk Azaltma İdarəsinin məlumatına görə, zəlzələ nəticəsində 3381 nəfər həlak olub, 20 426 nəfər isə yaralanıb. Təbii fəlakət zamanı 5 775 bina dağılıb.Hazırda dağıntılar altında qalan insanların çıxarılması üçün axtarış-xilasetmə işləri aparılır. 



Sozcu.info “AzPolitika.info”-ya istinadən  xəbər verir ki, ABŞ-ın “The Wall Street Journal” nəşri zəlzələnin miqyasını, ölüm sayını və Türkiyəyə dəymiş ziyanı araşdırmağa çalışıb. 

Nəşr ABŞ-ın Geoloji Araşdırmalar Təşkilatının (USGS) məlumatlarını dərc edərək bildirb ki, Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ son 10 ilin ən ölümcül zəlzələsi hesab olunur.

Yazıda zəlzələnin Türkiyəyə 1 milyard dollar dəyərində iqtisadi ziyan vuracağı proqnozlaşdırılır. 


Seysmoloqlar zəlzələ zamanı yaşanan fələkətin səbəbini həm də bəzi binaların keyfiyyətsizliyi ilə əlaqələndirirlər.

Kolorado Universitetinin Ətraf Mühit Elmləri Tədqiqat İnstitutunun alimi Rocer Bilham bildirib ki, yalnız 1999-cu ildə baş verən zəlzələdən sonra binaların tikintisindən bir sıra dəyişikliklər olub: “Ən pisi odur ki, zəlzələ səhər tezdən baş verib və bu zaman insanlar yuxuda olublar. Digər tərəfdən, zəlzələnin əhalinin sıx məskunlaşdığı ərazidə baş verməsi də fəlakətin miqyasına təsir edən amildir. Bu, son illərin ən ölümcül zəlzələsidir”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}