7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Gəncədə İsax Cəfərov küşəsi 13 saylı binada baş verən partlayış nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.
Sozcu.info xəbər verir ki, Bizim.Media-nın məlumatına görə, səhər saat 6:00 radələrində baş verən güclü partlayış binanın 4-cü mərtəbəsində, 46 saylı evdə baş verib.
Hadisə zamanı həmin ünvanda olan 1960-ci il təvəllüdlü Mehriban Haşıyeva və ilkin ehtimala görə onunla bir ünvanda kirayədə qalan 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva həyatlarını itiriblər. Hadisə zamanı digər mənzillərdə yaşayan 4 nəfər, Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı, 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğlu və onun oğlu Orucov Əsəd Bəxtiyar oğlu isə yaralanıblar.