Ermənistanın yeni baş nazirinin ilk həftəsi:küçə populizmindən sosial şəbəkə populizminə – Təhlil

Ermənistanın yeni baş nazirinin ilk həftəsi:küçə populizmindən sosial şəbəkə populizminə  – Təhlil

 

ehorussia.com, 17.05.2018

 

Nikol Paşinyanın baş nazirliyinin başlanması haqda danışarkən müşahidəçilərin birağızdan qeyd etdikləri ilk şey ölkədə atmosferin  dəyişilməsidir. Burada nazirlərin ictimai nəqliyyatdan necə istifadə etdiklərini, baş nazirin isə işə piyada gəldiyini heç vaxt görməyiblər. Düzdür, indi Paşinyanın məşhur dal çantasını cangüdənlərdən biri daşıyır.

Nikol Paşinyan baş nazirliyin bir həftəsi ərzində bütün nazirləri dəyişməyə, ən qalmaqallı məmurları və Ermənistan polisinin rəisi və daxili qoşunların komandanı daxil olmaqla generalları işdən çıxartmağa macal tapıb və hökumətin iclasını açıq keçirib. O habelə gömrükxana tənzimlənməsi qaydalarını yaxşılaşdırmaq sərəncamı verib və Soçidə Vladimir Putinlə görüşdüyü AİB sammitinə qatılıb.

O, Ermənistan hökumətinin tərkibini tam dəyişərək yeni nazirlər kabinetinə gəncləri – köhnə hakimiyyətə qarşı mübarizədə onu dəstəkləyənləri daxil edib və Paşinyanın fikrincə, ölkədə korrupsiya ilə mübarizəyə məhz onlar başçılıq edəcəklər.

Baş nazir vəd edib ki, adamlar ən yaxın vaxtlarda öz həyatlarında dəyişiklik duyacaqlar. Onun ilk sərəncamları görükxanaların işinə aid idi. O, malların gömrükxanadan çıxarılması prosedurunu xeyli sürətləndirməyi və monopoliyanı ləğv etməyi tələb edib – indi Ermənistanın hər bir vətəndaşı qanun çərçivəsində lazım bildiyi hər şeyi ölkəyə gətirə bilər. Əvvəllər, məsələn, mühərrik yanacağı, benzin, şəkər, bananı monopoliyaçılar daşıyırdı. Növbədə vaxtı keçən kənd təsərrüfatı və istehlak kreditlərinə görə bütün cərimə və penlərin ləğv edilməsi, habelə YHQ (yol hərəkəti qaydalarının-red.) pozulmasına görə cərimələrin həcminin azaldılmasıdır.

Paşinyan bazar ertəsi mayın 14-də ilk xarici səfəri – Soçidə AİB sammitinə – həyata keçirib. Orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb və onunla söhbətdə İrəvanın AİB daxil olmaqla beynəlxalq öhdəlikləri yerinə yetirməyə hazır olduğunu təsdiq edib. Paşinyan əmin edib: "Ermənistan yüklər, xidmət, işçi qüvvəsi və kapitalın azad yer dəyişməsi, habelə iqtisadi əməkdaşlığın güzəştli rejiminin tətbiqi naminə tərəfdaşlarla fəal qarşılıqlı fəaliyyətə köklənib”.

Baş nazir hər gün gecəyarısına yaxın öz Facebook səhifəsində adamlara keçən gündə gördüyü işlər haqda danışır. Heç kim ondan bu cür açıqlığı və səmimiliyi gözləmirdi. Hökumət başçısı özünün iş kabinetini göstərib və oranı yaşayacağı evə çevirməyə söz verib ki, "adamlar vergi ödəyənlərin pulunun nəyə getdiyini bilsinlər”.

O, hökumətdəki yeni təyinatlar haqda məlumat verərək bu və ya başqa nazirliyə, ya idarəyə niyə məhz bu adamın başçılıq etdiyini izah edir. Paşinyan bu və ya digər sahədə durumun yaxşılaşması üçün məmurlara hansı tapşırıqlar verdiyini nağıl edir. Müşahdəçilərin fikrincə, "məxməri inqilab”ın lideri, səyi və iradəsi sayəsində ölkədə baş siyasi fiqura çevrildiyi xalqın qarşısında bu cür hesabat verir.

Ermənistan siyasi və beynəlxalq araşdırmalar Mərkəzinin eksperti  Ruben Mehrabyan yeni baş nazirin ilk addımlarını dəyərləndirərək bildirib ki, Paşinyan, baş vəzifəsi sistemli islahatlar vasitəsilə dərin siyasi və iqtisadi böhranı aradan qaldırmaq olan yeni hökumətin formalaşdırılmasını başa çatdırıb.

Əlbəttə, bir həftə hətta ilkin nəticələr çıxarılması mümkün olan müddət də deyil. Ekspert proqnozlaşdırır: "Bununla belə, gənc, iddialı komanda, ilk bəyanatlar, vətəndaşlarla daimi əks-əlaqə saxlamağa səylər, dan yerindən qüruba qədər iş – düşünürəm ki, bütün bunlar cəmiyyətin gözləntisini doğruldan inad və istiqamətlənmədən xəbər verir”.

O, Paşinyanın AİB sammitində iştirakı və Putinlə görüşünü də müsbət qiymətləndirib. Mehrabyan göstərir: "Ermənistana tamam başqa səviyyəli – Avropa Birliyi, Rusiya, ABŞ, İran, Çin, Hindistan, İsrail, ərəb dünyasına münasibətdə yeni keyfiyyətli daxili siyasətin üzvi davamına çevrilən xarici siyasət lazımdır. Və bəli, bu, qeyri-sabit və dəyişkən dünya şəraitində ancaq "Hər şeydən öncə Ermənistanın maraqları” prinsipinə əsaslanan fəal siyasət ola bilər”.

Politoloq Mikael Zolyanın fikrincə, hazırda Paşinyan çətin dövrdədir. Hər şeydən əvvəl ona görə ki, hələlik hakimiyyətin tam onda olduğunu söyləmək olmaz. "Respublikaçıların hələ də parlamentdə çoxluğu var, onlar bir sıra mühüm postlara, o cümlədən İrəvan meri postuna nəzarət edirlər, amma ölkəyə görə məsuliyyət artıq baş nazirin və komandasının üzərinə düşür”.

Zolyanın ifadəsincə, hələlik ayrı-ayrı sahələrdə konkret dəyişikliklərdən danışmaq çətindir, amma yeni hökumətin yanaşmasının əvvəlkindən köklü şəkildə fərqləndiyi bir sahə var. Zolyan izah edir: "Paşinyan və komandası cəmiyyətlə əlaqəyə prinsipcə özgə cür yanaşır – baş nazirin özü və yeni təyin edilmiş nazirlər gündə bir dəfə Facebook-da Live-video və digər sosial şəbəkələr vasitəsilə vətəndaşlara müraciət edir, öz ünvanlarına tənqidə reaksiya verirlər, yeni hökumətin ilk toplantısı isə birbaşa efirdə yayımlanıb”.

Bu arada İrəvanda və Ermənistanın başqa bölgələrində köhnə hökumətə qarşı etiraz aksiyaları davam edir. Məsələn, narazılar paytaxt merliyi və Baş Prokurorluq qarşısında piket keçirirlər. Müşahidəçiər əmindirlər ki, hələ yeni kadr dəyişiklikləri sürəcək. Amma onlar əvvəlkitək əsas məsələ kimi Ermənistan parlamentinə erkən seçkilər keçirməyin gərəkdiyini qeyd edirlər…

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}