Trampdan daha bir təəccüb doğuran bəyanat:"Avropa İttifaqı ABŞ-ın rəqibləri siyahısına daxil olur"

Trampdan daha bir təəccüb doğuran bəyanat:"Avropa İttifaqı ABŞ-ın rəqibləri siyahısına daxil olur"

 

"Avropa İttifaqı ABŞ-ın rəqibləri siyahısına daxil olur”.

"RİA-Novosti”  xəbər verir ki, bu haqda ABŞ-ın prezidenti Donald Tramp "Face the Nation” proqramının efirində bildirib.

"Düşünürəm ki, Avropa İttifaqı rəqibimizdir. Gərək, ittifaqın özünü ticarət barəsində necə apardığını nəzərə alaq”, – o, deyib.

Trampın sözlərinə görə, həmçinin, Rusiya "müəyyən aspektlərdə”, Çin isə” iqtisadiyyat nöqteyi-nəzərindən” ABŞ-ın rəqibidir.

Daha əvvəl Tramp bildirib ki, Avropa İttifaqı Çin kimi "pis” ola bilər. Onun sözlərinə görə, Avropa İttifaqının üzv dövlətləri ABŞ üçün "dəhşətli şeylər” hazırlayırlar. Prezident həmçinin xatırladıb ki, Birləşmiş Ştatlarla Avropa İttifaqının ticarət kəsiri 150 milyard dollar ötür



Oxşar Xəbərlər

Xəbər lenti