PUTİNİ ÇƏTİN VƏZİYYƏTDƏ QOYACAQ İDDİA

PUTİNİ ÇƏTİN VƏZİYYƏTDƏ QOYACAQ İDDİA

 

Ukrayna Rusiyanın bu ölkədəki seçkilərdə sabotaj törədərək çevriliş etmək planını ifşa elədiyini bəyan edib.

Ukraynanın təhlükəsizlik xidməti təşkilatı olan SBU, Rusiyanın Ukrayndakı 31 mart tarixli prezident seçkilərinin birinci turundan sonra ölkə daxilində qarışıqlıq yaratmağı və çevriliş eləməyi planlaşdırdığını iddia edib.

"İnterfaks” agentliyinin xəbərində deyilir ki, SBU-nun sədr müavini Viktor Kononenko, Rusiyanın göstərişi ilə fəaliyyət göstərən "Ağ maskalılar” adlı radikal qrupun seçkilərdən sonra Ukraynada dövlət binalarını işğal eləməyi, kütləvi etirazlar keçirməyi və küçə döyüşləri törətməyi planlaşdırdığını iddia edib.

"Ağ maskalılar” adlı qrupun liderlərindən olan Yevgeni Morinetsin həbs edildiyini bildirən ukraynalı təhlükəsizlik orqanı əməkdaşı Rusiyanın dəstəklədiyi bu şəxsin martın 31-də Ukraynada yeni "Maydan etirazları”na hazırlıq apardığının ifşa edildiyini iddia edib.

Üç nəfər şübhəli şəxsin ofislərində və evlərində aparılan axtarışlar zamanl molotov kokteyllərinin ələ keçirildiyini bildirən Kononenko, Rusiya dəstəklədiyi bu şəxslərin Ukraynada çevriliş yolu ilə iqtidarı ələ keçirmək üçün təxribat hazırladıqlarını söyləyib. Təxribatların törədilməsi üçün "seçkilərdə saxtakarlıq” bəhanəsindən istifadə ediləcəyi, seçkilərin birinci turundan sonra parlament binasının içğal edilməsinin planlaşdırıldığı iddia edilir.



Oxşar Xəbərlər

Xəbər lenti