KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ümummilli Lider Heydər Əliyev - Azərbaycan tarixini yaradan dəyərli tarixi şəxsiyyətdir!
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və çətin məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Beləliklə, bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dahi insanlar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu Öndərin Azərbaycanın müdrik rəhbəri kimi, çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə - ən dəyərli nümunələrdəndir.
“Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib.”- bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi Lider idi. Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri cənab Prezident belə xatırlayıb: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.
1995-ci ilin mart hadisələrindən 26 il ötür. Dövlət çevrilişinə cəhdin üstündən 26 il keçməyinə baxmayaraq, həmin hadisələri göz önünə gətirib, bir sıra məqamlarını qeyd etmək istəyərdim. Beləliklə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir mərhələsinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərə üstünlük verilməsi və beynəlxalq aləmə inteqrasiya olunduğumuz bir vaxtda həmin xəyanətkarların dövlətçiliyimizə qəsdi xalqın hiddətinə səbəb olmuşdu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ikinci ildönümü ilə bağlı xalqımızı təbrik edən Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail olmuşdur. Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm Respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır”.
Həmin hadisələri törədənlərin cinayətkar əməlləri hələ də unudulmayıb. O dövrdə hakimiyyət qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər, özü də xalqımız ulu tariximiz, müqəddəs ənənəmiz olan Novruz bayramına hazırlaşdığı bir vaxtda.
Ulu öndər Heydər Əliyevin nüfuzu və müdrikliyi , eləcə də, xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağının səbəbidir. Birmənalı şəkildə demək olar ki, Ümummilli Lider Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir. Heydər Əliyevin dövlət çevrilişlərinin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının sabaha, gələcəyə ümidini artırdı, Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, xalqın birliyini təmin etdi, dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami Milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.
Müstəqilliyimizin bərpasının 26 illiyini qeyd edərkən, fərəhlə deməliyik ki, dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilən Azərbaycan, öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Bu bir daha təsdiqləyir ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi müdrik siyasi kursa Azərbaycanda alternativ yoxdur və bu kurs ölkəmizi daha firavan gələcəyə aparır. Həyatımızın bütün sahələrində köklü islahatların aparılması ilk növbədə Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək cəmiyyətimizdə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir. Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı prokurorluq orqanlarının da rolu danılmazdır. Məhz Ulu Öndərin diqqət və qayğısı ilə prokurorluq orqanlarında sağlam iqlim yaradılmış, Azərbaycan Prokurorluğu mövcudluğunda, inkişafında təşəkkül tapmışdır. Cinayətkarlığa qarşı mübarizə hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur.
Qürur hissi ilə vurğulmaq lazımdır ki, Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş nadir ölkələrdəndir və bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən biridir. Tarixi baxımdan Azərbaycanı müstəqilliyə aparan yolun heç də asan və hamar olmadığı aydın görünür. Ömrü boyu xalqının işıqlı sabahını düşünərək, bütün həyatını bu müqəddəs amala həsr edən və hər bir addımında, ictimai və siyasi fəaliyyətində bu hisslərini fəxarətlə büruzə verən Ulu öndərimiz Heydər Əliyev və sonradan onun davamçısı, şah əsəri olan, Prezidentimiz İlham Əliyev, öz liderliyi ilə, Azərbaycanın tarixinin ən parlaq dövrünü bizə yaşatdılar.
Əldə edilən möhtəşəm uğurların bir səbəbi Ulu Öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiya, digər səbəbi isə cənab Prezidentimiz İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsi, həmçinin, şəxsi keyfiyyətlərini, yüksək intellektini və mədəniyyətini faydalı şəkildə sintezləşdirmək bacarığı, dünyada tanınan və sevilən Lider səviyyəsinə yüksəlməsindədir.
Möhtərəm İlham Əliyevin Prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində sıçrayışlı inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib.
“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir... Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.” – Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev.
Natavan Rüstəmova,
“Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru
Oxşar Xəbərlər
“Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”
Əli Həsənov: “Heydər Əliyev Azərbaycan dövlətini real məhv olma təhlükəsindən xilas etdi”
QALIB XALQIN ŞANLI ORDUSU!
Dövlət Bayrağı Gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi - SDU-da
Xəbər lenti
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək