Ermənistan Azərbaycanla sülh danışıqlarına başlamaq üçün Minsk Qrupuna müraciət edəcək

Ermənistan Azərbaycanla sülh danışıqlarında vasitəçilik etməsi üçün yaxın vaxtlarda ATƏT-in Minsk Qrupuna müraciət edə bilər.
Sozcu.info  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”ə bildirib.
Nazrilik rəsmisi bildirib ki, sənədin imzalanması üçün təbii ki, danışıqlar prosesi getməlidir:
"Hər iki tərəfdən səslənən bəyanatlar danışıqları prosesinə keçmədiyindən və iki ölkənin birbaşa danışıqlar aparmaq təcrübəsi olmadığından Ermənistan sülh danışıqlarının başlanmasına yardım göstərməsi üçün yəqin ki, yaxın vaxtlarda ATƏT-in Minsk Qrupu həmsədrliyinə müraciət edəcək”.


Oxşar Xəbərlər

Xəbər lenti