Bu gün, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
Məlum olduğu kimi, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. İnsidentlə bağlı 5 nəfər saxlanıb. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır.
Dünən isə Gədəbəyin Söyüdlü kəndində postlar qurulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, ictimai təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Kəndə giriş-çıxış orada qeydiyyatda olan sakinlərdən başqa vətəndaşlar üçün məhdudlaşdırılıb.
Bəs baş verənlər barədə Gədəbəyin ziyalıları nə düşünür?
Tibb elmləri namizədi, əslən Gədəbəydən olan ziyalı Rəşid Mahmudov "TV Musavat"a müsahibə verib.