8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Əsas məqsədimiz yeni binaların tikildiyi ərazilərin seysmikliyinin maksimal balını müəyyən edib dəqiqləşdirməkdir. Bakıda indiyə qədər tikilən binaların hamısı üçün bunu etmişik. Amma son vaxtlar bizə bununla bağlı müraciətlər edilməyib".
Sozcu.info xəbər verir ki, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Azərbaycanda olan son zəlzələlər göstərdi ki, normativlərə uyğun inşa edilmiş binalar davamlı olur: "Məsələn, Şamaxıda bu ilin fevral ayında baş verən zəlzələ zamanı normalara uyğun tikilən binalarda heç bir problem yaranmadı. Keyfiyyətsiz və standartlara uyğun olmayan çay daşlarından tikilmiş binalarda daha çox dağıntı olub".
Q.Yetirmişli deyib ki, ölkədə seysmoloji bölgələri Xəzər dənizinin Azərbaycan sektoru, Abşeron yarımadası, Şamaxı-İsmayıllı, Quba-Qusar, Şəki-Zaqatala bölgəsi, Kiçik Qafqazda Basarkeçər və Kəlbəcər zonası, Naxçıvan zonasıdır.
Mərkəz direktoru Azərbaycanın ümumilikdə seysmoloji bölgədə yerləşdiyini söyləyib: "Yeraltı təkanlar daim qeydə alınır. Amma qısamüddətli güclü zəlzələnin proqnozunu vermək qeyri-mümkündür, saniyələr içində baş verən güclü zəlzələlərin yerini, vaxtını, gücünü demək çətindir. Çünki zəlzələ 9-10 saniyə ərzində baş verir. Amma uzunmüddətli zəlzələ üçün deyə bilərik ki, hansı sahə gərgindir və orada zəlzələ gözlənilir".