8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Aprelin 27-də Mazasır qəsəbəsində 3 nəfəri güllələyən Ehtiram Yusifovla bağlı yeni məlumatlar əldə etmişik.
Adıçəkilən şəxsin komendant işlədiyi "Yeni Bakı” yaşayış kompleksinin sakinlərinin Bakupost.az-a verdiyi məlumata görə, E.Yusifov uzun illərdir burada yaşayan camaatı bezdirib.
Sakinlər deyir ki, Ehtiram Yusifovun qanunsuz əməlləri barədə dəfələrlə hüquq mühafizə orqanlarına yazılı və şifahi məlumatlar veriblər: "Bildirmişik ki, bu adam sakinlərlə normal davrana bilmir, sakinləri təhqir və təhdid edir, qadın, uşaq demədən, onları küçə söyüşləri ilə alçaldır və bütün bunları nümayişkaranə şəkildə, sanki digər sakinlərə görk olması üçün hər kəsin qarşısında edir. Elə sakin olub ki, Ehtiram Yusifov gecə yarısı telefonla zəng edərək, onu "razborka”ya çağırıb. Bu komendantlığın elə işçiləri olub ki, sakinə hər kəsin qarşısında bıçaqla hücum edib, onu ölümlə hədələyib. Digər sakinlər olmasaydı, bəlkə dünən odlu silahla baş vermiş cinayət 2 il əvvəl bıçaqla həyata keçiriləcəkdi”.
"Yeni Bakı”nın sakinlərinin sözlərinə görə, şəhərcikdə baş verən bütün bu hadisələrdən yaşayış kompleksini inşa edən "İlin Dörd Fəsli” şirkətinin sahibi, E.Yusifovun bacısı oğlu Elnur Hüseynovun da məlumatı var: "Biz ona da bu barədə məlumat vermişik. Bütün bu qanunsuzluqlara son qoymasını, şəhərcikdə qurduğu qanunsuz idarəçiliyi ləğv etməsini, Azərbaycan Respublikasının "Mənzil Məcəlləsi”nin tələblərinə uyğun olaraq kompleksin idarə edilməsinin sakinlərə keçməsinə mane olmamasını tələb etmişik. Ancaq Elnur Hüseynov bizim bu qanuni tələblərimizi yerinə yetirmək əvəzinə, Ehtiram Yusifovu müdafiə edib, onun qanunsuz idarəçiliyinin daha da möhkəmlənməsinə şərait yaradıb, üstəlik, bəzi sakinləri də "cəzalandıracağı” ilə bağlı təhdid edib”.
Şikayətçilər bildirir ki, E.Yusifovun 3 nəfəri güllələməsi xəbəri onu tanıyan adamlar üçün sürpriz olmayıb: "Biz bu harınlamış və Azərbaycan qanunlarına dırnaqarası yanaşan şəxslərin əsl simalarını 10 ilə yaxındır ki, görürük və məsuliyyətli vətəndaş kimi müvafiq orqanları – polisi və prokurorluq orqanlarını dəfələrlə məlumatlandırmışıq. Ümid edirik ki, aidiyyəti qurumlar dünən baş vermiş hadisəni "qırmızı xətt” kimi qəbul edəcək və sərt tədbirlər görəcəklər”.
Xatırladaq ki, aprelin 27-də Masazır qəsəbəsində E.Yusifov 3 nəfəri "Vinçester" markalı silahla güllələyib. Yaralı şəxslərin ev alqı-satqısı ilə məşğul olduğu bildirilir. E.Yusifovun onlardan ev satışı üçün rüşvət tələb etdiyi, mübahisənin də buna görə çıxdığı iddia edilir.