Bağdadinin videosunda Türkiyə detalı! Əlindəki dosyanı göstərdi - QAFQAZIN ADI ÇƏKİLİR

Bağdadinin videosunda Türkiyə detalı! Əlindəki dosyanı göstərdi - QAFQAZIN ADI ÇƏKİLİR

 

Sozcu.info xəbər verir ki, İŞİD terror təşkilatının 4 illik fasilədən sonra yenidən "efirə çıxan” başçısı Bağdadinin əlindəki dosyaların birində "Türkiyə vilayəti” yazısı diqqəti cəlb edib. Yayılan videoda Bağdadinin əlində bəzi dosyalar və onların üzərindəki yazılar suallar doğurur.

"Vilayəti Türkiyə dosyası”

Dosyaların qapaqlarına Şam (Suriyanın paytaxtı Dəməşq şəhəri), Yəmən, Somali, Qafqaz, Mərkəzi Afrika ilə yanaşı, Türkiyənin də adı "Vilayəti Türkiyə” şəklində yazılıb.

İndiki zamanda ortaya çıxması təsadüfdürmü?

Türkiyə mətbuatının yazdığına görə, Rusiyadan satın alınan S-400 hava hücumundan müdafiə sistemlərinin tarixinin yaxınlaşması, Aralıq dənizindəki qaz yataqları ilə bağlı gərginlik və İrana sanksiyalar məsələsində ABŞ tərəfindən Türkiyəyə təzyiq göstərmək cəhdinin olduğu bir dövrdə Bağdadinin qəflətən əlində "Türkiyə” dosyası ilə ortaya çıxması diqqəti cəlb edib.

Nə deməkdir?

Bu dosyalar Türkiyəyə qarşı üstüörtülü təhdid və ya terror mesajı kimi gümanlar yaradır.

İŞİD-in "sayəsində” Suriyanın şimalının yerli əhalidən təmizlənib, ərazilərin ABŞ tərəfindən minlərlə tır silah-sursat, zirehli texnika ilə təmin edilən, Türkiyənin cənubunda terror dəhlizi yaradılması məqsədilə meydana çıxarılan "YPG/PKK” terroçularına "təhvil verilməsi” təcrübəsi göstərir ki, İŞİD ideologiyası yaradılandan bəri bəzi ölkələr xarici ölkələrdəki siyasətlərini həyata keçirmək üçün öz hərbçilərindən çox, könüllü fanatiklərdən uğurla istifadə eləməyə başlayıblar. Bu səbəbdən də, İŞİD-in yatmış hücrələrinin istənilən zaman "yuxarıdan” gələn əmrlə yeni qanlı hadisələr törətməsi ehtimalı istisna deyil.



Oxşar Xəbərlər

Xəbər lenti