8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyulun 15-də Gürcüstan öz ərazisində "Keşikçidağ” mağara-məbəd-kompleksinə girişi məhdudlaşdırıb.
Turist qruplarını monastr kompleksinə aparan bələdçilər "David Qareci”nin bəzi obyektlərinə girişlə bağlı problemin olduğunu bildiriblər.
Bu barədə "Kafkazskiy uzel” yazıb.
Bələdçi İrakli Marukaşvilinin sözlərinə görə, bu gün turistlər Voskreseniya məbədi və Çiçxituri qülləsinə gedə bilməyiblər.
"Bu gün biz qalxdıq Lavraya baxdıq. Yamaca keçmək istədik, indiyədək belə olmuşdu. Təəssüf ki, indi mümkün deyil. İlk metal hasarlanmanın başladığı yerə qədər qalxmaq mümkündür. Orada gürcü hərbçilər dayanırlar. Onlar dedilər ki, bizi böyük məsafəyə buraxa bilməzlər, çünki belə əmr verilib”, – "İnterpressnyus” Marukaşvilinin sözlərindən sitat gətirib.
Onun məlumatına görə, azərbaycanlı sərhədçilərin məbəddən çıxardıqları ikonalar gürcü sərhədçilərə verilib.
Turan-ın məlumatına görə, bələdçilər Gürcüstan DİN-ə müraciət edərək David Qareci ətrafında danışıqlar barədə turist nümayəndələrinin məlumatlandırılmasını xahiş ediblər.
"Bugünkü toplantıda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyaya yol verməmək üçün monastr kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər”, – deyə bələdçi Rusudan Caparidze bildirib.
"Biz ölkədə sabitliyin pozulmasında maraqlı deyilik, problem diplomatik yolla həll olunmalıdır” – "Pervıy kanal” onun sözlərindən sitat gətirib.
Xatırladaq ki, iyulun 14-də Gürcüstan tərəfdən bir qrup aqressiv adam azərbaycanlı sərhədçilərə hücum edərək onları təhqir edib.
İyulun 15-də Gürcüstanın səfiri Azərbaycan XİN-ə çağırılıb və ondan açıqlama tələb edilib.
Rəsmi Bakı Gürcüstan tərəfindən insidentin araşdırılmasını və pozucuların məsuliyyətə cəlb olunmasını tələb edib./Turan/