23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti "Gəncə hadisələri”nə görə həbs edilən Eşqin Quliyevin ölümü ilə bağlı açıqlama verib.
Sozcu.info xəbər verir ki, PX-nın mətbuat katibi Mehman Sadıqov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Müalicə Müəssisəsinə qəbul edilərkən onda bir sıra xəstəliklər müəyyən edilib: "Bir müddətdir ki, bu xəstəliklərdən müalicə alırdı. Sentyabrın 29-da isə uzun müddətli intensiv müalicələrə baxmayaraq vəfat edib. Onun ölüm səbəbi kimi İİV infeksiyası 4-cü klinik mərhələ, viruslu Heptatit C, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqozu qoyulub”.
Qeyd edək ki, E.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.