8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, bu barədə Modern.az-a Universitetin İctimaiyyətlə əlaqələr və Marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov məlumat verib.
Məlumata görə, ADNSU-ya 2016/2017-ci tədris ili üçün qəbul olan tələbələrin qeydiyyat prosesi başa çatıb.
ADNSU-ya qəbul olan 2303 abituriyentin (97,2%) 2268 nəfəri (95,7%) qeydiyyatdan keçərək, tələbə adını təsdiqləyib. Beləliklə, 35 qeydiyyatdan keçməyib. "Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2016-cı il tarixli sərəncamına əsasən ADNSU-nun nəzdində fəaliyyət göstərəcək UFAZ-a Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanda 500-dən artıq bal toplamış 143 nəfər abituriyent qəbul olunub. Ötən tədris ilində ADNSU-ya 1978 tələbə qəbul olunduğu halda, cari ildə bu göstərici 18% artaraq 2411 nəfərə çatıb.
Qəbul imtahanında 600-dən artıq bal toplayaraq ADNSU-ya qəbul olanların sayında müsbət dinamika müşahidə olunur: 2013-cü ildə 45 nəfər, 2014-cü ildə 118 nəfər, 2015-ci ildə 116 nəfər olduğu halda 2016-cı ildə bu göstərici 165 nəfərə çatıb. Sonuncu göstərici I qrup üzrə 600-dən artıq bal toplamış abituriyentlərin 29%-nə bərabərdir.
ADNSU-ya 500-dən artıq bal toplayaraq daxil olan abituriyentlərin sayı 854 nəfər təşkil edir ki, bu da I qrup üzrə müvafiq göstəriciyə malik bütün abituriyentlərin 51%-dir. Bir faktı qeyd etmək yerinə düşər ki, cari ildə ilk dəfə qəbul aparılan "Sistem mühəndisliyi” ixtisasına qəbul olan 25 tələbənin hamısı 600-dən artıq bal toplayıb. Bu ixtisas üzrə ən aşağı göstəricisi olan tələbə 603, ən yuxarı nəticə göstərən tələbə isə 656 bal toplayıb.
ADNSU-ya qəbul olan tələbələrin qəbul imtahanlarının nəticələrinə əsasən orta balda müsbət tendensiya hiss olunmaqdadır. Müqayisə üçün, 2015-ci ildə I qrup üzrə orta bal 434, II qrup üzrə 438 olduğu halda, ümumi orta bal 435-ə bərabər idi. Cari ildə isə I qrup üzrə orta bal 429, II qrup üzrə isə 497 təşkil etdiyi halda, ADNSU üzrə orta bal 436 olub.
ADNSU-ya magistratura üzrə 518 plan yerinə 419 nəfər qəbul olunub ki, bu da qəbulun 81%-i təşkil edir. Qəbul olan 419 nəfər magistrantdan 113 nəfərinin orta balı 100-120 (29%), 210 nəfərinin orta bal göstəriciləri isə 80-100 arasında (50%) olub. 70-80 bal toplayan magistrantların sayı cəmi 76 nəfər və yaxud 18% təşkil edib. 60-70 bal toplayan magistrantların sayı 3 nəfər və yaxud qəbulun cəmisi 1%-ə qədəri olub.
Qəbul olan magistrantların böyük əksəriyyətinin balları 80-120 arasında olub ki, bu da təxminən 78% deməkdir. Fakültələr və beynəlxalq proqramlar üzrə magistraturaya daxil olan kontingentin 207 nəfəri və ya 49,4 % ADNSU-nu bitirən bakalavrlar, 212 nəfəri və ya 51,6 % isə digər ali məktəbləri bitirən bakalavr məzunlar təşkil edib. Ötən tədris ilində 77 ixtisaslaşma üzrə 363 nəfər qəbul olunduğu halda, cari ildə 50 ixtisaslaşma üzrə bundan 56 nəfər artıq tələbə qəbul edilmişdir.
Bu ilki tələbə qəbulunun fərqli cəhəti 14 ingilis dilli ixtisasa abituriyentlərin daha böyük maraq göstərməsi və bu ixtisaslara daha yüksək balla qəbul olmasıdır.