Ən etibarsız şifrələr açıqlandı – 500 milyon parol test edilib

Ən etibarsız şifrələr açıqlandı

 

İldən-ilə insanlar asanlıqla cinayətkarların hədəfinə çevrilə biləcək eyni kombinasiyaları seçirlər. "NordPass” şirkəti dünyada ən çox yayılmış, eyni zamanda ən etibarsız şifrələri açıqlayıblar. Müxtəlif "məlumat sızması” və kiberhücumdan sonra ələ keçirilən 500 milyon parol üzərində araşdırma aparan ekspertlər belə bir siyahı ilə çıxış ediblər.

Populyarlığa görə birinci yerdə rəqəmlərin ardıcıllığından (12345) və ya sadə rəqəmsal kombinasiyalardan (11111 və ya 123321) ibarət parollar gəlir. 800 mindən çox istifadəçi hələ də klaviaturada hərf ardıcıllığından(qwerty və ya asdfgh) ibarət şifrələrdən istifadə edir.

Qadın adlarından ibarət parollar da geniş yayılıb. Ən çox "Nicole”, "Jessica” və "Hannah” şifrələrinə rast gəlinir.

100 mindən çox insan parol kimi sadə sözləri və ifadələri seçir: princess, iloveyou, test.

Mütəxəssislər qeyd edirlər ki, analoji statistika hər il təkrarlanır. Bu onunla izah edilir ki, insanlar parollarını unudacağından qorxduqları üçün bu cür yaxşı yadda qalan variantlar seçirlər. Çox vaxt eyni şifrə ilə bir neçə hesabı "açmaq” mümkün olur.

Bundan başqa, insanlar ona görə mürəkkəb parollardan istifadə etmir ki, gizlədiləsi bir şeyi olmadığını düşünür. Ancaq ekspertlər xəbərdarlıq edir ki, cinayətkarlar hesab sahibini sözdə "lazımsız” fotoşəkillərdən və qeydlərdən məhrum edə bilər. Onları bərpa etmək isə çox çətindir.



Oxşar Xəbərlər

Xəbər lenti