Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Əflatun Məmmədov,
İnformasiyanın qorunması, informasiya təhlükəsizlyi və kibercinayətkarlıq bu ğün yeni çağımızın İnternet seqmentində fəaliyyət göstərən bütün oyunçuları üçün ən təhlükəli elementləridi.
Bu sahədə dünya təcrübəsi də onu göstərir ki, bu sahə dərindən öyrənilməli və dövlət aidiyyatı qurumları tərəfindən qanuni olaraq adekvat tədbirlər görülməli və həmçinin xüsusi proqram vasitələri ilə kontur - zərərsizləşdirmə və tənzimləmə addımları atılmalıdır.
Eyni zamanda, qanunvericilik baxımından qəbul olunan normativ hüquqi sənədlərin və qərarların icra mexanizmləri də real situasiyalara uyğun adekvat olmalıdır.
Baxaq görək bu istqamətdə istər dövlət aidiyyatı qurumları, istərsə də qeyri hökümət təşkilatları, ictimai birliklər və o cümlədən özəl operatorlar tərəfindən nə kimi addımlar atılmışdır...?
Bildiyimiz kimi informasiya cəmiyyətinin qurulmasında və geniş təşəkkül tapmasında, ölkəmizə İnterneti gətirən həm İnternet Operatorları və İnternet xidmətləri göstərən provayderlərin, həm də sosial şəbəkə strukturlarının fəaliyyətləri sanki aysberqin görünməyən hissəsində məsuliyyətdən yayınmış kimi görünürlər...
Heç kimə sirr deyil ki, bu gün beynəlxalq İnternet şəbəkəsi, onun üst qurum təşkilatları, infrastruktur qolları və resursları və həmçinin onun birbaşa məsuliyyət daşıyan yerli fokal təmsilçilırinin rolu və daşıdıqları məsuliyyət də bir qədər loyal və qeyri müəyyən olub, yetərli qədər aydın görünmür.
Belə bir vəziyyətdə, gündəlik həyatımızda internet istifadəçisi kimi həm bizə, həm də İnternet xidmətləri göstərən Operatorların özlərinə, İnternetin özü ilə bərabər gətirdiyi müasirliyin və yeniliklərlərin sırasında, həm də yaşatdığı ciddi problemlər və baş ağrıları da az deyil...
Bunlara misal olaraq, saxta ünikal istifadəçi kodları və domen adlarının verilməsi və qeydiyyatında sybersquatting fəaliyyətləri*, saxta sosial şəbəkə hesabları və feyk akauntlar vəs. kimi halları göstərmək olar.
*( cybersquatting fəaliyyətləri- bu fəaliyyət dedikdə, ilk baxışda kimliyi bilinməyən kibercinyətkar möhtəkirlər tərəfindən, kimlərinsə adına, bir fərqli kimlərin özündən icazəsiz domen adlarının alınnası və bu ad altında sui - istifadələrə yol vermə və hətta cinayət fəaliyyətləri göstərmə və daha sonra isə alver predmetinə çevirib gizli sövdələşmə yolu ilə fantastik qiymətlərə bu domen adlarını satma əməliyyatı başa düşülür), Burada, ölkə üzrə Qeydiyyatçı ( Registrar ) domen adlarının,
o cümlədən coğrafi domen adlarının verilməsində yaşanan problemlər xüsusi hal kimi ayrıca müzakirə mövzusudur.
Nəzərə alsaq ki, ölkəmizin 20 faizdən çox ərazisi erməni qəsbkarları tərəfindən işğal olumub, o zaman işğal olunmuş ərazidə hansı dövlətin coğrafi domen adları altında Dağlıq Qarabağda fəaliyyət göstərən İnternet Provayderləri və həmçinin internet seqmentində fəaliyyət göstərən digər oyunçular necə İnternet xidmətləri göstərirlər?
Bütün bu kimi suallara aidiyyatı dövlət qurumları tərəfindən aydınlıq gətrilməlidir.
Bu narahatedici, problemli suallar bu gün də açıqdır və dünyada gedən informasiya müharibəsi şəraitində kim deyə bilər ki, ölkəmizə qarşı mənfur erməni quvvələri və qurumları öz çirkin işlərini görmür?
Bu məsələ həm də, xüsusi xidmət orqanları ilə aidiyyatı dövlət qrumlarının və o cümlədən, ölkəmizdə İnternet domen adlarlnın qeydiyyatını aparan - Registrar səlahiyyətli ( bu səlahiyyəti onlar, beynəlxalq İnternet təşkilatından İCANN- dan alırlar.... İCANN- internet adları və kodlarının verilməsi üzrə İnternetin üst qurum təşkilatıdır)
özəl təşkilatların daşıdıqları məsuliyyətə aid mövzudur.
Oxucularımızda daha aydın təsəvvür yaransın deyə, sadə bir misal ilə deyə bilərəm ki, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər vəs. işğal altında olan şəhərlərimizdə İnternet xidmətləri, hansı ölkənin coğrafi domen adları və kodları altında göstərilir?
Məlumdur ki, Azərbaycan dövlətinin, ölkə domen kodu - AZ (ccTLD- contry code Top Level Domain), Ermənistan dövlətinin dövlət domen kidu isə isə AR- dır ( yəni Armenia )...
Əfsuslar olsun ki, hal- hazırda, işğal olunmuş ərazilərimizdə coğrafi məkanlarımızda domen adlarından ermənilər istifadə edirlər və bu gün də bu sahədə qeyri müəyyənliklər var.
Bununla da, bütövlükdə Qarabağda və ona bitişik işğal olunmuş ərazilərimizdə ermənilərin nəzarətində olan şəhər və rayonlarımızda , o cümlədən, bütövlükdə işğal bölgəsində məskunlaşdırılmış erməni sosial şəbəkə və İnternet istifadəçilərinə ccTLD- Ermənistan dövlətinin ölkə domen adı və kodu AR ( Armenia ) altında İnternet xidmətləri göstərildiyi qənaəti hasil olur.
Ayrıca olaraq, bir digər məsələ də dövlətin strateji təbii resurslarından adı bizim olan milli tezliklərimiz də ( adı bizimdi - bu qədər ) onların əlindədi və bütövlükdə, həm, Dağlıq Qarabağ regionunda, həm də Ermənistanla sərhəd boyu bölgələrimizdə bu günə qədər tam kordinasiya olunmamış vəziyyətdə qalmaqdadır.
Hal- hazırda, bu vəziyyət, yaşadığımız İnformasiya müharibəsi şəraitində, düşmənin əlində silah kimi Dağlıq Qarabağda və ona bitişik bölgələrimizdə Operatorluq fəaliyyəti göstərərək bizə qarşı istifadə olunur və bu gün də ölkəmizin efir məkanına qarşı siyasi təxribatlara səbəb olmaqla yanaşı, bu məkanda arzu olunmayan nəticələrə də gətirib çıxarır.
Sosial şəbəkələrə gəlincə isə, bu vəya digər şəkldə əldə edilmiş saxta unikal kodlar və adlar altında, həm də feyk akauntlarla sosial şəbəkə operatorlarında qeydiyyatdan keçmiş istifadəçilərin kiber cinayətkarlıq fəaliyyətlərini, o cümlədən siyasi oyunlara cəlb edilməklə trolluq əməlləri də günümüzün ən ağrılı və ən naraharedici poblemlərindən və qaynar mövzularındandır.
Bütün bunlara əlavə olaraq bir də qeyd etsək ki, bu açıq və feyk akauntlarla milli - mənəvi dəyərlərimizə və həmçinin milli - mentalitetimizə uyğun olmayan, qeyri - etik söyüş ritorikasını da əlavə etmiş olsaq vəziyyətin bu günə gəlib çıxdığını və nə qədər acınacaqlı, dözülməz bir mənzərə yaratmış olduğunu da təsəvvür etmək çox da çətin olmaz.
Bununla da, hər bir hüquqi şəxslər, istərsə də sıravi fiziki şəxslər, öz məssuliyyətlərini dərk etməli və şəxsi akauntları altında fəaliyyətlərinə və yanaşmalarına diqqət etməli, yanlışlarını korektə etməli və adi həyatda olduğu kimi nəyi etmək olar-olmazı yaxşı bilməlidi..
Eyni zamanda, bütün bu hərəkətlərin yaratdığı hüquqi məsuliyyəti anlamalı və qanun qaşısında cavab verilməli olduqlarının da da fərqində olmalıdırlar.
Bu istiqamətdə, dövlətin üzərinə düşın vəzifə, xüsusi treyninq proqramları ilə sosial şəbəkə istifadəçiləri arasında geniş təbliğat aparılmalı və onlar, müntəzəm olaraq məlumatlandırılmaqla maarifləndirilməlidirlər.
Eyni zamanda, hər bir sosial şəbəkə istifadəçisi, sosial şəbəkələrin verdiyi bu faydalı, həmçinin, geniş imkanlardan sağlam məqsədlər üçün istifadə etməli və sosial şəbəkədən istifadə mədəniyyətinə də yiyələnilməlidir.