8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şəmsi Hüseynov İtalyadan qızıl medalla qayıtdı
Azərbaycan idmançıları beynəlxalq yarışlardakı uğurlu çıxışlar estafetini davam etdirir.Demək olar ki, hər gün dünyanın müxtəlif ölkələrindən idmanın müxtəlif növləri ilə məşğul olan idmançılardan xoş soraqlar eşidirik. Bu yaxınlarda respublikamızın daha bir idmançısı İtalyanın Sarrara şəhərində Kinq Fu Sanda növü üzrə keçirilən dünya çempionatında qalib gələrək birinci yeri tutub. Bu çempionatda qızıl medal qazanaraq, Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançımız Şəmsi Əmir oğlu Hüseynovdur.
1998-ci il təvəllüdlü Şəmsi Hüseynov hələ uşaqlıqdan yaxşı idmançı olmağı arzulayıb.Doqquz ildir ki, idmanın bu növü ilə məşğul olur. O, dəfələrlə respublika birinciliklərində, beynəlxalq turnirlərdə uğurlu çıxışlar edib və qələbələr qazanıb. İdmanın bu növündə təcrübəsini artıran Şəmsi Hüseynovun İtalyadan qızıl medalla qayıtması birinci növbədə onun məşqçisini, ailə üzvülərini,dostlarını və bütün Azərbaycan xalqını sevindirib.
Beynəlxalq yarışlardan qayıtdıqdan sonra Dünya Birinciliyinin qalibi ilə görüşüb söhbət etdim. Onun sözlərinə görə, həmin yarışlarda dünyanın 18 güclü idmançısı iştirak edib. Qalib idmançıya belə sualla müraciət etdim:” Sizcə, bir idmançı Dünya və Avropa çenpionatlarında qələbə qazanmaq üçün nə etməlidir ?”
Şəmsi Hüseynovun cavabı isə belə oldu:” - Əsil idmançı uğurlar, qələbələr əldə etmək üçün birinci növbədə tez-tez texniki və fiziki məşqlər etməli,daima öz üzərində çalışmalıdır. Hər bir idmançı yarışlardan əvvəl psixoloji hazır olmalıdır. Belə vəziyyətdə hər birimiz daha uğurlu nəticələr əldə edə bilərik. Elə buna görə də, mən məşqçim Elşad müəllimin bütün məsləhət və tapşırıqlarına əməl edirəm. Məşqlərdə mütamadi iştirak edirəm. Yarışlarda qələbələr qazanmağımda Elşad müəllimin böyük zəhməti var. Bütün bunlara görə, son birincilikdə qazandığım böyük qələbəyə görə də məşqçimə ömür boyu minnətdaram. Allah onu qorusun”
Biz inanırıq ki, gənc idmançının bundan sonra da uğurlu çıxışları bütün azərbaycan xalqını sevindirəcək . Ona bu yolda ancaq qələbə sevincləri, məşqçisi Elşad müəllimə can sağlığı arzu edirik.
"Yeni Sözçü" qəzeti