Bu il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilən qadın və uşaqların sayı açıqlanıb

Bu ilin 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2798 nəfər cəlb edilib.
Sozcu.info məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 218 nəfər, 26-29 yaşadək 497 nəfər, 30 yaş və ondan yuxarı isə 2077 nəfər təşkil edir. Həmin şəxslərdən 2730-u kişi, 68-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 35 nəfəri xarici ölkə vətəndaşıdır.


Oxşar Xəbərlər

Xəbər lenti