Azərbaycan tərəfi iki mülki ermənini geri qaytarıb


Azərbaycan iki mülki ermənini geri qaytarıb.
Sozcu.info -nun xəbərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, Azərbaycan ərazisinə keçdiyi üçün saxlanılan şəxslər dünən gecə saatlarında qaytarılıb.
Qeyd edək ki, Ermənistanın Ağadərəsi (Kotayk) vilayətinin iki sakini bir neçə gün əvvəl Gorus-Vorotan şossesi ilə hərəkət edərkən yoldan çıxıb, Azərbaycan tərəfinə keçdiyi üçün saxlanılmışdı.








Oxşar Xəbərlər

Xəbər lenti